Türkiyədə Təhsil

SAT İmtahanı ilə Türkiyədə Təhsil

SAT imtahanı nədir?

SAT beynəlxalq sertifikalaşdırılmış imtahan olaraq, açılışı Scholastic Aptitude Testdir və ana dilimizə Akademik Qabiliyyət İmtahanı kimi tərcümə olunur. Beynəlxalq səviyyədə tanınan və dünyanın bir çox prestijli universitetləri tərəfindən əcnəbi tələbələrin qəbul prosesində tələb olunur. İlk dəfə Amerikada 1926-cı ildə tələbələrin universitetlərin bakalavr pilləsinə qəbul olunması üçün tətbiq edilmiş və daha sonralar imtahanın keyfiyyəti bütün dünyaya yayılmış və digər ölkələrdə bu imtahandan istifadəyə başlamışdır. SAT imtahanı College Board adlı qurum tərəfindən il ərzində 7 dəfə olmaqla, hər 2 aydan bir təşkil olunur. İmtahanda iştirak etmək üçün namizədlərdən 92.50 USD, esse daxil olmadan isə 81 USD tələb olunur. Beynəlxalq sertifikalaşdırılmış imtahan olduğundan dolayı, dünyanın hər bir yerindən müraciət etmək olar. Bunun üçün ilk növbədə Collage Board-ın rəsmi saytında qeydiyyatdan keçməli və sizə yaxın olan imtahan məntəqəsini seçərək imtahanda iştirak edə bilərsiniz. SAT imtahanlarına hazırlaşmaq üçün tələb olunan ingilis dili səviyyəsi B2 yeni upper-intermadiatedir. İmtahan SAT 1 və SAT 2 olaraq formalara ayrılsada, bir-birinin ardı deyil. Yazılı imtahan növü olduğundan dolayı, imtahanın verilməsində kompyuterdən istifadə olunmur.

SAT 1 imtahanının strukturu

SAT 1 (Reasoning Test) forma etibarı ilə 2 hissəyə ayrılır: “Mathematics” və ” Critical Reading&Writing”

  • Critical Reading və Writing hissəsində namizədin ingilis dili səviyyəsi yoxlanılır. İmtahanın davam etmə müddəti 3 saatdır. Writing hissəsi 44 sualdan ibarət olaraq, 35 dəqiqə davam edir. Bu hissədə daha çox psixologiya və tarix mövzularına aid 5 mətn verilir və mətnlərdə 10-11 sual olur. Writing hissəsində isə verilmiş yazı səhvlərinin düzgün variantını qeyd etmək tələb olunsa da, bir çox hallarda qrafikə uyğun cavablarda tələb olunur.
  • Mathematics hissəsinin özüdə 2 hissədən ibarətdir. Birinci hissədə tələbənin həndəsə və cəbr bilikləri yoxlanılır. İmtahan ümumilikdə 1 saat 20 dəqiqə davam edir. İmtahanın birinci hissəsində kalkulyatordan istifadə etmək qadağandır. Beləki, burada asan həll olunan 20 sual və sualların həlli üçün 25 dəqiqə vaxt verilir. İkinci hissə isə nisbətən çətin olur və tələbələrə 55 dəqiqə vaxt verilir, burada isə kalkulyatordan istifadəyə icazə verilir. SAT 1 imtahanında toplana biləcək bal intervalı 400-1600 arasında dəyişir və hər 2 hissə 800 balla ölçülür.

SAT 2 imtahanının strukturu

SAT 2 (Subject Test) imtahanında isə namizədin seçmiş olduğu fənnlərə əsasən akademik biliyi yoxlanılır. Fənlərə Fizika, Kimya, Biologiya, Tarix, Alman dili, Fransız dili, Yapon dili aid olur. İmtahanın davam etmə müddəti 1 saat olmaqla, bal intervalı isə 200-800 arasında olur. Seçmə fənni isə qəbul olmaq istədiyiniz universitetin tələblərinə əsasən müəyyən edə bilərsiniz. Ümumilikdə, SAT imtahanında toplana bilinəcək bütün hissələr nəzərə alındıqda maksimum bal 1600-dür.

SAT İmtahanı ilə Türkiyədə Necə Təhsil Almaq Olar?

Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, SAT imtahan nəticəsi ilə yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkəsində yerləşən qabaqcıl universitetlərdən qəbul cavabı almaq mümkündür. Türkiyə universitetlərinə qəbul olunmaq üçün ilk növbədə online olaraq qeydiyyat keçməlisiniz. Daha sonra SAT imtahan nəticənizi qəbul olunmaq istədiyiniz universitetlərin tələblərindən asılı olaraq, ya online müraciətinizdə, ya da poçt vasitəsi ilə göndərməlisiniz. Məsələn, əgər siz Hacettepe Universitetində təhsil almaq istəyirsinizsə, universitet tələb edir ki, namizəd SAT imtahan nəticəsini və digər sənədlərini poçt vasitə ilə göndərməlidir. Digər bir yüksək reytinqə sahib olan Bilkent Universitetinin isə belə tələbləri yoxdur və namizədlərin yalnız online olaraq sənədlərini qəbul edir. Bir sözlə, hər bir universitetin tələbə qəbulu prosesi fərqli və tələb olunan sənədlərin necə təqdim olunması dəyişiklik göstərir.

Həmçinin, tələbə qəbulunda namizədlər universitetlərin tələb etdiyi minimal SAT imtahan nəticəsini toplamalıdırlar. Ümumiyyətlə, Türkiyənin nüfuzlu universitetlərinə qəbul olmaq üçün “Critical Reading” və “Matematics” bölmələrindən imtahan vermək kifayət edir. Orta səviyyəli bir Türkiyə universitetində təhsil almaq istəyirsinizsə, hər iki bölmədən birlikdə 1200-dən artıq bal toplamalısınız. SAT 2 imtahanına isə ehtiyac yoxdur. SAT 1 imtahanı demek olar ki, bütün universitetlər tərəfindən yetərli sayılır. Bəzi dövlət universitetləri isə ümumiyyətlə SAT imtahanını qəbul prosesində tələb etmir. Qəbul olmaq istədiyiniz universitetlərin tələblərinə uyğun olaraq, SAT imtahan nəticəsini məsələn Ege, Dokuz, Eylül, İstanbul universitetləri tələb etmir. Əgər Türkiyənin nüfuzlu universitetlərində universitetlərində pulsuz təhsil almaq istəyirsinizsə, həm DİM balınız yüksək olmalı, həm də yüksək SAT imtahan nəticəsi ilə yanaşı sizə həmçinin TOEFL imtahan nəticəsidə lazım olacaqdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button