Türkiyədə Təhsil

Mevlana Təqaüdü ilə Türkiyədə Təhsil

Mevlana Mübadilə proqramı Türkiyə dövlətində yerləşən ali təhsil müəssisələri ilə xarici ölkələrdə yerləşən ali təhsil müəssisələri arasında tələbə və müəllim heyəti mübadiləsini hədəfləyən bir proqramdır. 23 avqust 2011-ci ildə qüvvəyə minən proqram Erasmus proqramına daxil olan ölkələr istisna olmaqla, dünyanın bütün ölkələrindəki universitetlərlə əməkdaşlığı həyata keçirməyi nəzərdə tutmuşdur. Mübadilə proqramına qatılmaq istəyən tələbələr ən azı 1, ən çoxu isə isə 2 smestrlik bu proqramdan faydalana bilərlər. Müəllimlər isə Türkiyənin ali təhsil müəssisələrində minumum 1 həftə, maksimum 3 ay dərs vermək proqramından yararlana bilərlər. Eyni şəkildə dünyanın hər yerindən tələbələr və müəllimlər proqram çərçivəsində Türkiyənin ali təhsil müəssisələrinə gələrək pulsuz dərs proqramlarında iştirak edə bilərlər.

Mübadilə Proqramında Kimlər İştirak Edə Bilərlər?

Təqaüd proqramında iştirak etmək istəyən tələbələr ilk öncə bilməlidirlər ki, təhsil aldıqları universitet ilə Mevlana Mübadilə proqramı arasında protokol imzalanmalıdır. Yalnız bu halda tələbələr mübadilə proqramından faydalana bilərlər. Mevlana Mübadilə Protokolunu imzalayan bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrin və akademik heyətin bu proqramda iştirak etmək hüququ vardır. Təqaüd proqramında iştirak edən tələbələrin və müəllim heyətinin yalnız universitetdəki təhsil haqqı YÖK təqaüd tərəfindən qarşılanır və hər ay 1200 tl təqaüd verilir. Proqramın tələbəsi olmaq üçün şərtlər bir neçə başlıq altında qruplaşdırıla bilər:

  1. Tələbə ali təhsil müəssisələrinin I, II və III kurs tələbəsi olmalıdır.
  2. Tələbənin univer ortalama qiyməti (GPA) minumum 75 olmalıdır. Magistrlar üçün isə bu qiymət 80 olmalıdır.
  3. Tələbənin ingilis dil bilikləri minimum B2 səviyyəsində olmalıdır.

Mübadilə Proqramının Əməkdaşlıq Etdiyi Yerli Universitetlər Hansılardır?

  1. Azərbaycan Dövlət İqtisad Universiteti
  2. Azərbaycan Universiteti
  3. Azərbaycan Dillər Universiteti
  4. Bakı Dövlət Universiteti
  5. Azərbaycan Turizm və Menecment Universiteti
  6. Azərbaycan Dövlət Aqrar Universiteti
  7. Azərbaycan Texniki Universiteti
  8. Sumqayıt Dövlət Universiteti

Proqrama Qəbul Üçün Tələb Olunan Sənədlər Hansılardır?

Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr proqrama müraciət əsasında təhsil almaq istədikləri 3 universiteti qeyd edə bilərlər. Proqrama qəbul isə fevral və may aylarında açıq elan edilir. Nəticələr isə əsasən yay aylarına qədər açıqlanır. Tələbələr təhsil aldıqları ali təhsil müəssisələrinin müvafiq departamentinə yaxınlaşmaqla aşağıdakı sənədləri proqramında rəsmi saytında müraciətlərində təqdim etməlidirlər:

  • Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
  • Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
  • Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd
  • CV (ingilis və ya türk dilində)
  • Xarici passportun sürəti
  • Tələbə bileti (əsli)
  • 2 ədəd 3×4 fotoşəkil

Mevlana Mübadilə Proqramı haqqında daha ətraflı məlumat almaq üçün “Mevlana Değişim Programı” saytına daxil ola bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button