Türkiyədə Təhsil

Türkiyədə Bakalavr və Magistr Təhsili

1923-cü ildə qurulan Türkiyə dövləti sözün əsl mənasında Avropa və Asiya qitələri arasında körpü olmaqla, ölkə hər iki qitədə yerləşir. Türkiyə dövlətinin əksəriyyəti Qərbi Asiyada yerləşərək İran, İraq və Suriya ölkələri il həmsərhəd olsa da, kiçik bir hissəsi Cənub-Şərqi Avropada yerləşir və Bolqarıstan, Yunanıstan və Gürcüstanla həmsərhəddir. Eyni zamanda Egey, Aralıq və Qara dənizi olmaqla 3 böyük dənizin sahil xəttinə malikdir. Həmçinin Türkiyə dövləti zəngin tarixə və qədim abidələrə malik olan çoxmədəniyyətli bir ölkədir. Bununla yanaşı hamımızında bildiyi kimi, Türkiyə dövləti bizimlə sadəcə sərhəd qoşnusu deyildə, həmçinin qardaş ölkə olması azərbaycanlı tələbələrin xaricdə təhsil üçün müraciət etdiyi ən çox ölkələrdən birincisidir. Coğrafi cəhətdən yaxınlığımız, milli-mədəni bənzərliyimiz, eyni dil ailəsinə mənsubluğumuz və türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörməti bizlərə özümüzü doğma vətənimizdəki kimi hiss etdirir.

Niyə Türkiyədə Təhsil Almalı?

Türkiyə dövlətində istənilən akademik təhsil dərəcəsi üzrə təhsil almağı düşünən tələbələr qərb və orta şərq mədəniyyətləri arasında körpü olan daimi inkişaf edən təhsil mühiti tapacaqlardır. Türk ali təhsil müəssisələri çoxlu tədris proqramlarının olduğu və yüksək keyfiyyətli təhsil sistemi ilə tanınır. Geniş kampus imkanları, nüfuzlu universitetləri və keyfiyyətli təhsil sistemi ilə nəinki azərbaycanlı tələbələrin, hətta beynəlxalq tələbələrində Türkiyə dövlətində yerləşən ali təhsil müəssisələrində təhsil almasına əsaslı səbəb yaradır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımları və prestijli universitetləri vasitəsi ilə bütün dünyaya səs salmasıdır. Həmçinin Türkiyə universitetləri Avropa ölkələrinində daxil olduğu Bolonya təhsil sistemini yüksək səviyyədə tədris eden proqramları əhatə edir. Beləliklə, Türkiyə dövləti universitetlərindən məzun olan tələbələrin əldə etdiyi diplomlar bütün Avropa və dünyanın demək olar ki, bütün ölkələrində tanınıb və yüksək səviyyədə qəbul olunacaqdır.

Türkiyədə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, təxminən 60.000-dən çox təhsil proqramları vardır. Tədris proqramlarının genişliyi sayəsində özünüzə uyğun universitet və tədris proqramları tapmaq çox rahat olacaqdır. Hər şəhərdə ən az bir universitet yerləşməklə, Türkiyə dövləti demək olar ki, tələbə dostudur və hər universitetdə yerləşən geniş campus imkanları, sosial klublar və idman komandaları tələbələrin təhsil müddətində sosial və aktiv həyat keçirməsinə səbəb olur. Türkiyə universitetləri ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə ingilis dilli proqramların olması və Türkiyə dövlətindən asanlıqla vizanın alınması tələbələrin ali təhsil almaq üçün Türkiyəni seçməsinə səbəb olur. Bu kimi bir çox əsaslı səbəblərə görə məhz Türkiyədə təhsil almağa dəyər!

Türk Universitetlərində Təhsil Dərəcələri

1981-ci ildə Türkiyənin ali təhsil sistemi 2547 saylı yeni Ali Təhsil Qanununa uyğun olaraq geniş şəkildə yenidən qurulmuşdur. Beləliklə bütün ali təhsil müəssisələri Yüksek Öğretim Kuruluna (YÖK) yəni Ali Təhsil Şurasına qoşulmuş və sistem mərkəzləşdirilmişdir. Bu yenidən qurmadan sonra Türkiyə dövlətində yerləşən bütün ali təhsil müəssisələri universitet olaraq adlandırılmış və ali təhsil bütün ölkədə geniş vüsət almışdır. Bununlada ali təhsilə müraciət bu günə qədər mərkəzləşdirilmiş bir imtahan sistemi ilə həyata keçirilmişdir. Türkiyə dövlətində yerləşən universitetlərdə mövcud olan təhsil dərəcələri bunlardır:

  • Önlisans (subbakalavr) proqramları– 2 illik təhsil proqramını bitirdikdən sonra verilən təhsil dərəcəsidir. Həmçinin təhsil dərəcəsinin bəzi distant təhsil proqramları da mövcuddur.
  • Lisans (bakalavr) proqramları– universitetlərdə tədris olunan bakalar proqramları adətən 5 il davam edir. Stomatologiy,a Baytarlıq və Əczaçılıq ixtisasları üzrə təhsil müddəti 5 il, Tibb sahəsi isə üzrə təhsil müddəti 6 il davam edir. Bu dörd xüsusi sahədə qazanılan ixtisaslar magistr dərəcəsinə bərabər hesab olunur.
  • Yüksek Lisans (magistratura) proqramları- Türk universitetlərində magistratura proqramları tezli tezsiz olaraq iki proqrama ayrılır. Tezli magistr proqramları akademik karyera qurmaq istəyən, tezsiz proqramlar isə iş həyatında yüksəlmək və ixtisas biliklərini dərinləşdirmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur. Tezli proqramlar 2 il, tezsiz proqramlar isə 1.5 il davam edir.
  • Doktora (doktorantura) proqramları- ümumiyyətlə doktora proqramları 8 semestrdən ibarət olan və doktorluq (PhD) dərəcəsi verən proqramdır. Kurs işlərini və ixtisas proqramlarını uğurla başa vurduqdan sonra tələbələr tezislərini tezis komissiyasına təqdim etməli və şifahi olaraq müdafiə etməlidirlər. Doktora proqramlarının davam etmə müddəti isə təhsil alınan universitetə görə dəyişiklik göstərir.

2010-cu ildən etibarən Türkiyə universitetlərinə tələbə qəbu prosesi universitetlərin təyin etdikləri tələb və YÖK tərəfindən təyin olunan şərtlərlə həyata keçirilir. Hər bir universitet üçün müəyyən olunan tələb və göstəricilər fərqlilik təşkil edir. Bəzi universitetlər tələbə qəbulunu təşkil etdikləri imtahanlar vasitəsi ilə, bəzi universitetlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən universitetlərə qəbul imtahanında toplanılan balları nəzərə almaqla, bəziləri isə attestat və tələbələrin beynəlxalq imtahanlarda əldə etdikləri balları nəzərə almaqla tələbə qəbulu edirlər. Türk dövlət statuslu universitetlər tələbə qəbulunda YÖS imtahan nəticəsini tələb edərkən, bəzi özəl universitetlər isə attestat və YÖS imtahan nəticəsi ilə birbaşa tələbə qəbulu edirlər.

Bakalavr Proqramlarına Qəbul

Türkiyə universitetlərinin bakalavr proqramlarına qəbul olmaq üçün lazım olan sənəd və göstəricilər qəbul olmaq istədiyiniz universitet və ixtisaslara dəyişiklik göstərsədə, əsasən aşağıdakı sənədlər tələb olunmaqdadır:

  1. Beynəlxalq Tələbə Qəbulu Forması
  2. Attestat və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
  3. Təsdiq edilmiş transkript və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
  4. Dil biliyini təsdiq edən sənəd
  5. Proqrama qəbul olunmaq üçün Beynəlxalq İmtahan
  6. Maliyyə zəmanət məktubu
  7. Qeydiyyat haqqı

Müraciət etdiyiniz universitetdə tədris dilini qarşılamaq məqsədilə tələbələrdən dil biliyini təsdiq edən beynəlxalq sertifikatlarla yanaşı, bəzi universitetlərə qəbul olunmaq üçün beynəlxalq imtahan sertifikatlarıda tələb edirlər. Hansı imtahan və dil sertifikatlarının tələb olunduğunu öyrənmək və qəbul prosesində akademik göstəricilər haqqında daha ətraflı məlumat almaq üçün universitetlərin rəsmi internet saytında öyrənə bilərsiniz. Həmçinin tələb olunan bütün sənədlər Akademik Təqvim planına uyğun olaraq elan olunan müraciət tarixindən əvvəl təqdim edilməlidir.

Magistratura Proqramlarına Qəbul

Türkiyə universitetlərində magistr proqramları yuxarıda qeyd olunduğu kimi, tezli və tezsiz proqramlara ayrılır. Təhsil almaq istədiyiniz magistr proqramını və universitetləri seçdikdən sonra qəbul prosesində tələb olunan sənədlər, imtahanlar və akademik göstəricilər haqqında ətraflı və dəqiq məlumatları universitetlərin rəsmi internet saytında tapa bilərsiniz. Lakin biz sizə indi ümumilikdə əsasən tələb olunan sənədləri təqdim edəcəyik:

  1. Beynəlxalq Tələbə Qəbulu Forması
  2. Bakalavr və ya magisratura diplomu və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
  3. Təsdiq edilmiş transkript və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
  4. Motivasiya və Tövsiyə məktubları
  5. CV
  6. Dil biliyini təsdiq edən sənəd
  7. Proqrama qəbul olunmaq üçün Beynəlxalq İmtahan (ALES)
  8. Yazılı imtahanlar və müsahibələr
  9. Maliyyə zəmanət məktubu
  10. Qeydiyyat haqqı

Türkiyə universitetlərinə qəbul olunmaq istədiyiniz təhsil dərəcəsindən asılı olmayaraq, müraciət etdiyiniz hər bir proqram növünə qeydiyyatdan keçmək üçün tələb olunan müəyyən ödəniş haqqı vardır. Ödənişin miqdarıda universitetdən universitetə dəyişiklik göstərməkdədir.

Türkiyə Universitetlərinin Siyahısı

  1. Atatürk Universitesi
  2. Gaziantep Universitesi
  3. Eskişehir Osmangazi Universitesi
  4. Çanakkale Universitesi
  5. Fırat Universitesi
  6. Abdullah Gül Universitesi
  7. İnönü Universitesi
  8. Bursa Uludağ Universitesi
  9. Kütahya Dumlupınar Universitesi
  10. Necmettin Erbakan Universitesi
  11. Tekirdağ Namık Kemal Universitesi
  12. Tokat Gaziosmanpaşa Universitesi
  13. Trakya Universitesi
  14. Sivas Cumhuriyet Universitesi
  15. Ondokuz Mayıs Universitesi
  16. Sinop Universitesi
  17. Sakarya Universitesi
  18. Burdur Mehmet Akif Ersoy Universitesi
  19. Gümüşhane Universitesi
  20. Erzincan Binali Yıldırım Universitesi

Yekun olaraq sizlərə Türkiyədə təhsil yolunuzda uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button