Rusiyada Təhsil

Rusiyada Təhsil

Xaricdə Təhsil üçün haqqında ətraflı məlumat verəcəyimiz bu dəfəki istiqamətimiz qonşu dövlət olan Rusiyayadır! Sahəsinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsi olmaqla yanaşı, 143 milyonluq çoxmillətli ölkə olan Rusiya əhalisinin 80%-ni ruslar təşkil etməkdədir. Ancaq Rusiya dövlətində 150-dən çox etnik qruplar birlikdə yaşayır. Ölkənin rəsmi dili rus dili olmasına baxmaraq, danışılan dillər arasında tatar, ukrayn və ingilis dilləridə daxilidir. Dünyanın ən yaxşı muzey teatrlarına və operalarına sahib olan ölkənin böyük bir sənət və dünya mədəniyyətinə böyük töhfə vermiş ədəbiyyat irsi vardır. Rus yazıçıları dünya ədəbiyyatında böyük izlər qoymuş və Nobel mükafatına layiq görülmüşlərdir. Həmçinin Rusiya dövləti ölkələr arasında çətinliklə viza verən ölkə olmasına baxmayaraq, keçmiş SSSRİ ölkəsi olduğumuzdan dolayı azərbaycanlı vətəndaşlar Rusiya dövlətinə vizasızda asanlıqla daxil ola bilir.

Bəs Niyə Rusiyada Təhsil Almalı?

Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya dövləti son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən biridir.

Rusiya böyük bir ölkə olmaqla, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilədə Elm və Mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçılar, fizikləri, kimyaçıları, geoloqları və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşakar müəllim heyəti sayəsində çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirib məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilir.

Rusiyada Təhsil Sistemi

Rusiyada tədris dilinin rus dilli olmasına baxmayaraq, universitetlərin təhsil proqramları çərçivəsində həmçinin ingilis, fransız və alman dillərində də tədris təşkil olunur. Rusiyada təhsil almaq istəyən namizədlərin universitetlərin bakalavr və magistr proqramları çərçivəsində müxtəlif dillərdə tədris almaq imkanı vardır. Universitetlərdə tədris ilinin başlama tarixi sentyabr ayının ilk həftəsinə təsadüf edir. Rusiyada təhsil almaq istəyən namizədlərin burada diqqət etməli olduğu mühüm bir məqam vardır. Beynəlxalq tələbələrin Rusiya universitetləri tərəfindən açılan məhdud sayda yerlərdə iştirak etməsi üçün 25 iş günü nəzərə alınmaqla, aprel ayına qədər əvvəlcədən müraciət etmələri tövsiyə olunandır. Universitetlərdə hər bir dərsin davam etmə müddəti 90 dəqiqədir. Bu səbəblə dərs ili müddətində nə qədər az fənn kursu alsanız ,Rusiyada da bir o qədər çox saat təhsil alacaqsınız.

Həmçinin Rusiya universitetləri təhsil alan tələbələrinə bir neçə növ təhsil təklifi verməkdədir. Bu təkliflərdən birincisi gün ərzində universitet dərslərində iştirak etməli olduğu zaman əyani iştirak vardır. İkinicisi həftə içi günlərin axşam saatlarında və həftə sonu günlərində dərslərdə iştirak etmək imkanı vardır. Sonuncu təklif olaraq, Rusiya universitetləri tələbələrin giriş mühazirələrini dinlədikləri və daha sonra xüsusi olarq hazırlanmış dərs proqramlarına uyğun olaraq evdə təhsil aldıqları və daha sonra test və imtahan vermək üçün universitetə gəldikləri zaman qiyabi təhsil seçimini etmək hüquqları vardır. Bakalavr, magistr, mütəxəssis və ya aspirantura ali təhsil səviyyələri ilə yanaşı, Rusiya universitetlərinə bir neçə peşə təhsili proqramları və ya karyera yüksəliş proqramı olaraq adlanan tədris proqramlarında təhsil almaq üçün və ya sadəcə rus dilini öyrənmək üçün müraciət edə bilərsiniz.

Yüksək Reytinqli Universitetlər

Dünyanın ən yaxşı və köklü ölkələrindən olan Rusiya dövlətində yerləşən ən yüksək reytinqə və prestijə sahib olan Rusiyanın nüfuzlu universitetlərinin siyahısı ilə tanış ola bilərik:

  1. Moskva Dövlət Universiteti
  2. Birinci Moskva Dövlət Tibb Universiteti
  3. Sankt-Peterburq Dövlət Universiteti
  4. Ali İqtisadiyyat Universiteti
  5. Moskva Dövlət Texniki Universiteti
  6. Tomsk Dövlət Universiteti
  7. Sankt-Peterburq Politexnik Universiteti
  8. Moskva Dövlət Beynəlxalq Münasibətlər İstitutu
  9. Rusiya Xalqlar Dostluğu Universiteti
  10. Kazan Federal Universiteti
  11. Ural Federal Universiteti
  12. İTMO Universiteti
  13. Cənubi Federal Universiteti
  14. Plexanov adına Rusiya İqtisad Universiteti
  15. Moskva Enerji Mühəndisliyi İntsitutu
  16. Dövlət İdarəetmə Universiteti
  17. Novosibirsk Dövlət Texniki Universiteti
  18. Rusiya Dövlət Humanitar Universiteti
  19. Moskva Dövlət Pedaqoji Universiteti
  20. Moskva Fizika və Texnologiya İntsitutu

Təhsil Almaq üçün Tələb Olunan Sənədlər

Rusiya universitetlərində təhsil almaq istəyən namizədlərin edəcəkləri ilk iş lazım olan sənədləri hazır etməkdir. Sənədlərin hazırlanması üçün Rusiya Federasiyasının bir konsolluğuna müraciət edə bilərsiniz, lakin Rusiya dövləti ilə Azərbaycan dövləti arasında imzalanan müqaviləyə əsasən universitetlərə müraciət etdiyiniz sənədləriniz avtomatik olaraq etibarlı olaraq qəbul edilir. Rusiya universitetlərində bakalavr dərəcəsi üzrə təhsil almaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Attestat sənədi
  • Xarici passport
  • Doğum haqqında şəhadətnamə
  • 3×4 ölçüdə olan 6 ədəd fotoşəkil
  • Xüsusi xəstəliklər üçün Tibbi arayış (Hepatit , SPİD)

Rusiya Universitetlərində Təhsil Haqqı

Çox yüksək keyfiyyətli təhsil sisteminə malik olan Rusiya Universitetləri xaricdə ali təhsil almaq istəyən tələbələr üçün iqtisadi baxımdan münasib bir seçimdir. Bu münasib seçimin əas səbəbi isə Rusiya universitetlərində təhsil alan tələbələrin illik xərclərinin təxminən 75%-nin dövlət tərəfindən ödənilməsidir. Bu səbəbdən Rusiyada təhsil almaq istəyən tələbənin illik qiyməti şəhərlərə görə 3000-6000 dollar arasında dəyişir.

  • Bakalavr təhsil proqramlarının əyani formasında təhsil əcnəbi tələbələr üçün illik təhsil xərcləri 240-260 min rubla (3.430-3.715 $) başa gəlir.
  • Magistratura proqramlarının əyani formasında təhsil isə 260-280 min rubl yəni 3.715-4000 dollar təşkil edir.

Rusiya Dövlətində Yaşam Xərcləri

Bir çox tələbənin düşündüyünün əksinə olaraq, Rusiya dövlətində təhsil almaq üçün çoxlu pul xərcləməyə ehtiyac yoxdur. Rusiyanın bir çox şəhəri iqtisadi baxımdan araşdırıldıqda, ümumilikdə yaşayış dəyəri Azərbaycandan sadəcə 9% bahadır. Məsələn, Rusiya universitetlərində təhsil alan bir tələbə hər il üzrə ortalama hesabla aylıq yaşam xərcləri üçün 4500-6000 dollar xərcləyir. Digər ölkələrə nisbətən bu rəqəm olduqca münasibdir. Həmçinin, beynəlxalq tələbələrin Rusiya dövlətində həm işləmək, həm də təhsil almaq hüququ vardır. Ümumi bir təhlil aparsaq, bu nəticəyə gələ bilərik ki, Rusiya dövlətində təhsil alan bir tələbənin ayrılıqda xərcləri belə olacaqdır:

  • Tələbə yataqxanaları üçün ayda 60-70 dollar lazım olacaqdır.
  • Xüsusi kirayə mənzillər üçün ilkin depozit və kommunal xərclər nəzərə alınmaqla, aylıq 200-500 dollar arasında maliyyə vasiti lazım olacaqdır.
  • Ərzaq məhsulları və market alış-verişləri üçün isə isə ayda 150-180 dollar lazım olacaqdır.

Son olaraq isə sizlərə Rusiyada Təhsil yolunuzda uğurlar arzu edirik!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqa məqaləmiz
Close
Back to top button