Rusiyada Təhsil

Rusiyada Tibb Təhsili

Rusiya Federasiyası sahəsinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsi olmaqla yanaşı, 143 milyonluq çoxmillətli ölkə olan Rusiya əhalisinin 80%-ni ruslar təşkil etməkdədir. Ancaq Rusiya dövlətində 150-dən çox etnik qruplar birlikdə yaşayır. Ölkənin rəsmi dili rus dili olmasına baxmaraq, danışılan dillər arasında tatar, ukrayn və ingilis dilləridə daxilidir. Dünyanın ən yaxşı muzey teatrlarına və operalarına sahib olan ölkənin böyük bir sənət və dünya mədəniyyətinə böyük töhfə vermiş ədəbiyyat irsi vardır. Rus yazıçıları dünya ədəbiyyatında böyük izlər qoymuş və Nobel mükafatına layiq görülmüşlərdir. Həmçinin Rusiya dövləti ölkələr arasında çətinliklə viza verən ölkə olmasına baxmayaraq, keçmiş SSSRİ ölkəsi olduğumuzdan dolayı azərbaycanlı vətəndaşlar Rusiya dövlətinə vizasızda asanlıqla daxil ola bilir.

Bəs Niyə Rusiyada Təhsil Almalı?

Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya dövləti son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən biridir.

Rusiya böyük bir ölkə olmaqla, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilədə Elm və Mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçılar, fizikləri, kimyaçıları, geoloqları və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşakar müəllim heyəti sayəsində çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirib məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilir.

ukraynada tibb təhsili

Rusiyada Tibb Təhsili

Rusiya Federasiyasında tibb təhsili beynəlxalq tələbələr tərəfindən ən çox seçilən ixtisas halına gəlmişdir. Tibb təhsili proqramları 6 il davam etməklə bərabər, Stomatologiya və Əczaçılıq ixtisasları isə 5 il davam edir. Əsas ixtisas proqramlarını bitirdikdən sonra, tələbələrin 2 ildən 4 ilə qədər təcrübə və ya köməkçi proqramlarında iştirak etmək imkanları vardır. Məsələn, tələbələrin cərrah ixtisası biliklərinə yiyələnmələri və təcrübə proqramlarında iştirak etməsi 8-9 il arasında çəkəcəkdir. Həmçinin, beynəlxalq tələbələrin öz ölkələrində tibb sahəsində təcrübə keçmək üçün Rusiya universitetlərinin xarici məzunları və ya üçüncü ölkələrdə nostrifikasiya-leqallaşdırma və ya diplom tanınma prosedurlarından keçməlidirlər. Rusiya Federasiyası ilə məzun ölkəsi arasında qarşılıqlı diplom tanınma müqavilə varsa əgər, bu halda qanuniləşdirmə tələb olunmur. Əsas tibb təhsili proqramını bitirdikdən sonra Rusiyadakı tələbələr növbəti ixtisas üçün daha bir neçə mərhələdən keçməlidirlər: təcrübə, klinik və ya hədəfli köməkçi təhsili.

Təcrübə universitetdən sonra ilk tibb təhsildir. Təcrübəçinin həkim olması üçün təcrübə proqramından məzun olması məcburidir. Əcnəbi tələbələr səhiyyə müəssisələri arasında bağlanmış müqavilə əsasında və ya ödənişli əsaslarla təcrübə proqramında iştirak edə bilərlər. Tələbə qəbulu isə universitetdən və proqramdan asılı olmaqla, imtahan, test və ya müsahibə əsasında təşkil oluna bilir. Təcrübə proqramında təhsil müddəti 1 il davam edir. Tibb təhsili qiymətləri isə təhsil almaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq, qiymətlər ildə orta hesabla 290-320 min rubl yəni 4143-4571 dollar arasında dəyişir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqa məqaləmiz
Close
Back to top button