Rusiyada Təhsil

Rusiyada Təhsil Qiymətləri

Rusiya Federasiyası köklü təhsil sistemi ilə yanaşı, keyfiyyətli ali təhsil müəssisələri akademik olaraq dünyanın ən yaxşı 500 universiteti arasında yer alan bir çox ali məktəbə ev sahibliyi etməkdədir. Yüksək keyfiyyətli və köklü təhsil sistemi ənənəsi ilə və müasir təhsil anlayışı təqdim edən ali məktəbləri sayəsində Rusiyada təhsil səviyyəsi və ixtisaslı işçilərin sayı olduqca yüksəkdir. Beləliklə, qabaqcıl təhsil sistemi vasitəsi ilə Rusiya universitetləri dünyanın bir çox fərqli bölgəsindən olan beynəlxalq tələbələrin diqqətini cəlb etməkdədir. Həmçinin, Rusiya ali məktəblərində təhsil almanın digər ən vacib səbəblərindən biridə, rus dili biliklərinə yiyələnmək olacaqdır. İş mühitində ingilis dili tələblərindən sonra, rus dilinin çox önəmli və tələb olunan dil olmasıdır. Xüsusilədə iri və korporativ şirkətlərin ingilis dilindən başqa, rus dilində danışan əməkdaşlara ehtiyacı vardır. Rusiyada təhsil almağa sövq edəcək başqa bir amil isə ölkənin qədim mədəniyyət tarixinə malik olmasıdır. Xüsusilə Moskva və Sankt-Peterburq şəhərləri özündə hələdə keçmişin qədim izlərini daşıyan tarixi binalarla zəngindir.

Təhsil və Yaşam Qiymətləri Nə Qədərdir?

Həm ənənəvi, həm də müasir təhsil anlayışını bir araya gətirən Rusiya ali məktəblərində təhsil və həyat haqqında bilmək lazım olan başqa bir vacib məlumat, təhsil və yaşayış xərclərinin Türkiyədən və bir çox Avropa ölkələrindən daha əlverişli və münasib olmasıdır. Rusiya ali məktəblərində təhsil haqqı qiymətləri universitet və ixtisasdan asılı olaraq, dəyişiklik göstərsədə ildə 2000 dollardan başlayan ödəniş tələb etməkdədir. Əsas ehtiyac xərcləri olan yemək və sığınacaq kimi bütün xərclərinizə ayda orta hesabla 400-500 dollar arasında maliyyə vəsaiti lazım olacaqdır. Aşağıdakı təqdim edilən cədvəllərdə bəzi universitetlərdəki təhsil haqqı qiymətləri ilə tanış ola bilərsiniz:

Moskva Dövlət Universiteti

FAKÜLTƏ İLLİK TƏHSİL HAQQI QİYMƏTİ (dollarla)
Əsas Tibb6700 $
Hüquq7500 $
Mexanika və Riyaziyyat5500 $
Dövlət İdarəçiliyi8500 $
Jurnalistika6000 $
Biznes8500 $
İqtisadiyyat8000 $
Materialşünaslıq6500 $
Kimya5000 $
İnformasiya sistemləri və texnologiyaları5500 $
Hesablama riyaziyyatı və kibernetika5500 $

Moskva Dövlət Texniki Universiteti

FAKÜLTƏ İLLİK TƏHSİL HAQQI QİYMƏTİ (dollarla)
Riyaziyyat4300 $
Kompyuter elmləri və İdarəetmə sistemləri5100 $
Mexanika mühəndisliyi5100 $
Nanotexnologiya mühəndisliyi5500 $
İnformasiya sistemləri və texnologiyaları4150 $
Biznes4150 $
Sənaye mühəndisliyi4100 $
Fizika4300 $
Aviasiya mühəndisliyi5100 $

Sankt-Peterburq Politexnik Dövlət Universiteti

FAKÜLTƏ İLLİK TƏHSİL HAQQI QİYMƏTİ (dollarla)
İnşaat mühəndisliyi3300 $
Beynəlxalq ticarət3300 $
Kompyuter mühəndisliyi3300 $
İqtisadiyyat3300 $
Turizm3300 $
İctimaiyyətlə əlaqələr3300 $
Qrafik Dizayn3300 $
Materialşünaslıq və material3300 $
Elektronika və nanoelektronika4000 $
Dövlət və bələdiyyə idarəetməsi3700 $

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqa məqaləmiz
Close
Back to top button