Türkiyədə Təhsil

Attestatla Türkiyədə Təhsil Xərclər – 2022 ƏN SON

1923-cü ildə qurulan Türkiyə dövləti iki qitədə yerləşməklə, sözün əsl mənasında Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Türkiyə dövlətinin əksəriyyəti Qərbi Asiyada yerləşərək İran, İraq və Suriya ölkələri ilə həmsərhəd olsa da, kiçik bir hissəsi Cənub-Şərbi-Avropada yerləşərək Bolqarıstan, Yunanıstan və Gürcüstan ölkələri ilə həmsərhəddir. Qədim tarixə və zəngin tarixi abidələrə sahib olan Türkiyə dövləti yerli tələbələrimizin xaricdə təhsil almaq üçün ən çox müraciət etdiyi ölkələrdəndir. Buna səbəb hamımızında bildiyi kimi, Türkiyə dövlətinin bizimlə qardaş ölkə olması, coğrafi cəhətdən yaxınlıq, milli-mədəni bənzərliyik, eyni dil ailəsinə mənsubluq və türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörməti bizləri qardaş ölkədə doğma vətənimizdəki kimi hiss etdirir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bəs Niyə Türkiyədə Təhsil Almalı?

Ən vacib amil olan Türkiyə dövlətində yerləşən universitetlərdə yükək keyfiyyətli təhsil sisteminin tətbiq olunmasıdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlar və universitetlərdə Avropa ölkələrində tətbiq olunan Bolonya təhsil sisteminə əsaslanan qabaqcıl tədrisin olmasıdır. Bolonya təhsil sistemi vasitəsilə tələbələr həm yüksək keyfiyyətli təhsil ala biləcək, həm də əldə etdikləri diplomlar dünyanın 47 ölkəsində tanınacaqdır. Beləliklə, Türkiyə ali məktəblərindən məzun olan tələbələrin gələcək karyeraları daha parlaq və uğurlu olacaqdır. Türkiyə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, 60.000-dən çox tədris proqramlarına malikdir. Universitetlərin və tədris proqramlarının say çoxluğu nəticəsində, hər bir tələbənin özünə uyğun universitet və tədris proqramlarında təhsil almaq imkanı vardır. Demək olar ki, hər bir universitet ən son son texnologiya və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə geniş kampus imkanlarının olması, sosial klublar və idman komandaları sayəsində tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Türkiyədə Təhsil və Yaşam Xərcləri Nə Qədərdir?

Türkiyə dövləti bir çox qabaqcıl ölkəyə nisbətən çox aşağı təhsil haqqı qiymətləri ilə yüksək keyfiyyətli təhsil proqramları təklif etməsi ilə bərabər, təhsil və yaşam xərcləri olduqca münasib olan bir ölkədir. Türkiyə universitetlərində təhsil keyfiyyətinin yüksək səviyyəli olmasına baxmayaraq, təhsil haqqının münasib qiymətləri ilə nəinki azərbaycanlı tələbələrin, həmçinin beynəlxalq tələbələrində Türkiyədə təhsil almağı seçməsinə səbəb olur. Əlbəttə ki, qiymətlər təhsil aldığınız dərəcədən və ixtisas fakültənizdən, həmçinin universitetin yerləşdiyi şəhərdən asılı olaraq dəyişsədə, Avropa ölkələrinə nisbətən olduqca münasibdir. Birazdan təqdim edəcəyimiz cədvəllərdə bəzi univeritetlərdəki təhsil haqqı qiymətləri ilə tanış ola biləcəksiniz:

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

İstanbul Universitetində 2021-2022-ci illər üçün xaricdə tələbə qəbulu üçün təhsil qiymətləri:

FAKÜLTƏPROQRAM NÖVÜTƏHSİL HAQQI MİQDARI (TL)
İstanbul Tıp Fakültesi 1.ÖĞRETİM40.000.00
Hukuk Fakültesi 1.ÖĞRETİM11.000.00
Edebiyat Fakültesi 1.ÖĞRETİM6.000.00
Fen Fakültesi 1.ÖĞRETİM7.000.00
İktisat Fakültesi 1.ÖĞRETİM7.000.00
Eczacılık Fakültesi 1.ÖĞRETİM20.000.00
Diş Hekimliği Fakültesi 1.ÖĞRETİM25.000.00
Su Bilimleri Fakültesi 1.ÖĞRETİM10.000.00
İletişim Fakültesi 1.ÖĞRETİM 7.000.00
İşletme Fakültesi 1.ÖĞRETİM 7.000.00
İlahiyyat Fakültesi 1.ÖĞRETİM8.000.00
Mimarlık Fakültesi 1.ÖĞRETİM 11.000.00
Ulaştırma ve Lojistik 1.ÖĞRETİM 7.000.00
Siyasal Bilgiler 1.ÖĞRETİM 7.000.00

Hacettepe Universitetində 2021-2022-ci illər üçün xaricdə tələbə qəbulu üçün təhsil qiymətləri:

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

FAKÜLTƏ TƏHSİL HAQQI MİQDARI (TL)
Tıp Fakültesi2.955.00
Diş Hekimliği Fakültesi2.470.00
Eczacılık Fakültesi2470.00
Mühendislik Fakültesi1935.00
Fen Fakültesi1420.00
Hukuk Fakültesi1565.00
Edebiyat Fakültesi1420.00
İktisadi ve İdari Bilimler Fakültesi1565.00
Sağlık Bilimleri Fakültesi1420.00
Eğitim Fakültesi1420.00
Güzel Sanatlar Fakültesi1580.00

Ankara Universitetində 2021-2022-ci illər üçün xaricdə tələbə qəbulu üçün təhsil qiymətləri:

FAKÜLTƏ TƏHSİL HAQQI MİQDARI (TL)
Tıp Fakültesi40.000
Diş Hekimliği Fakültesi26.400
İşletme Fakültesi8.800
Eczacılık Fakültesi24.200
Mühendislik Fakültesi13.200
Fen Fakültesi8.250
Hukuk Fakültesi13.200
Felsefe Fakültesi6.050
İktisadi Fakültesi8.800
Eğitim Fakültesi10.450
Uluslararası İlişkiler8.800
Maliye8.800
Güzel Sanatlar Fakültesi8.800

Türkiyədə Yaşam Xərcləri

Türkiyədə təhsil xərcləri ilə yanaşı ən çox maraqlanılan digər məsələ isəTürkiyə dövlətində yaşam xərcləridir. Təhsil xərclərinin münasib olduğu kimi, yaşam xərcləridə olduqca münasibdir. Lakin tələbələr universitet yataqxanasında deyildə, kirayə mənzildə qalmağı seçirsə, burada diqqət etməli olduğu məqam Türkiyədə yalnız kirayə mənzil xərclərinin yüksək olmasıdır. Egey və Aralıq dənizi sahillərində iki otaqlı sadə mənzil üçün ayda 1500 tl ilə 2000 tl arasında ödəniş edilməsi tələb olunur. Bununla yanaşı, Türkiyənin mərkəz şəhəri olan İstanbulda Taksim və ya digər populyar rayonlarda kirayə mənzillərin qiyməti ayda 4000 tl-yə qədər yüksələ bilir. Lakin universitetlərin yataqxanalarında qiymətlər münasibdir. Qalmaq istədiyiniz yataqxananın şəraitindən, yerləşdiyi şəhərdən və universitetlə olan aradakı məsafədən asılı olaraq qiymətlər 180-250 tl arasında dəyişə bilir. Bütün digər aylıq xərclərinizi nəzərə aldıqda, Türkiyə dövlətindəki aylıq yaşam xərcləriniz İstanbul , Ankara və İzmir kimi böyük şəhərlərdə 7000 tl olduğu halda, digər kiçik şəhərlərdə 3500 tl ola bilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button