Türkiyədə Qiyabi Təhsil Haqqında
Qərb və şərq mədəniyyətləri arasında körpü rolunu oynayan Türkiyə dövləti xaricdə təhsil almaq üçün yerli tələbələrimizin ən çox müraciət etdiyi ölkələr arasındadır. Buna səbəb olaraq başlıca amil kimi Türkiyə dövlətində Avropa standartlarında qabaqcıl təhsil verən ali təhsil müəssisələrinin olması və həmçinin hamımızın bildiyi üzrə sadəcə qonşu ölkə deyildə, Türkiyə dövləti ilə qardaş ölkə olmağımızdır. Coğrafi cəhətdən yaxınlıq, milli-mədəni bənzərlik, eyni dil ailəsinə mənsubluq və türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörməti sayəsində yerli tələbələrimizin xaricdə təhsil üçün ilk müraciət etdiyi ölkələrdən olmasına səbəb olur. Türkiyə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, 60.000-dən çox tədris proqramları mövcuddur. Tədris proqramlarının və universitet sayının çoxluğu sayəsində hər bir tələbənin özünə uyğun proqram və universitetdə təhsil almaq imkanı vardır. Həmçinin geniş kampus imkanları ilə, hər bir universitetin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunması, sosial klublar və idman komandaları vasitəsi ilə tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.
Türkiyə universitetlərində Avropa ölkələrində tətbiq olunan Bolonyo təhsil sisteminin yüksək səviyyəli tədris proqramlarıda mövcuddur. Bu təhsil sistemi sayəsində tələbələrin yüksək standartlarda təhsil almasına və sonda əldə etdikləri diplomların bütün Avropa və dünya ölkələrində tanınmasına və keçərli olmasına səbəb olur. Yüksək keyfiyyətli təhsil sistemi sayəsində, Türkiyə universitetlərində nəinki azərbaycanlı tələbələrin, həmçinin dünyanın dörd bir yanından beynəlxalq tələbələr də təhsil almağa can atır. Beynəlxalq tələbələrin təhsil alması üçün demək olar ki, bütün universitetlərdə çoxlu sayda ingilis dilli təhsil proqramları vardır. Bu dəfəki məqaləmizdə isə sizə Türkiyə universitetlərində qiyabi təhsil haqqında ətraflı məlumat verəcəyik. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!
Türkiyə Universitetlərində Necə Qiyabi Təhsil Almaq Olar?
Türkiyə dövlətində distant təhsil ilk dəfə olaraq 1950-ci illərdə Ankara Universiteti Hüquq fakültəsinin bank işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunmuşdur. Daha sonra distant təhsil fəaliyyətləri genişləyərək, 1982-ci ildə Anadolu Universitetində də distant təhsilin tətbiqi həyata keçirilməyə başlamışdır. Kompyuter dəstəyi vasitəsi ilə isə ilk dəfə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq olunmuşdur. Türkiyədə distant təhsil “uzaktan eğitim” adlanaraq, 184 ali təhsil müəssisəsindən 68-ni uzaktan eğitim təklif etməkdədir.
Türkiyə universitetlərində heç bir imtahan vermədən, sadəcə attestat və ya bakalavr diplomunuz sayəsində qiyabi təhsil ala bilərsiniz. Sadəcə semestr imtahanları zamanı yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməniz lazım olacaqdır. Universitetlərdə illik təhsil haqqı qiymətləri 2000 tl yəni 400 manatdan başlayır. Türkiyə universitetlərində qiyabi təhsil almaq üçün tələb olunan sənədlər isə bunlardır:
- Attestat sənədinin təcümə olunmuş və notarial qaydada təsdiqi
- Bakalavr diplomunun təcümə olunmuş və notarial qaydada təsdiqi
- Rəsmi transkript sənədi
- Şəxsiyyət vəsiqəsi
- 3×4 ölçüdə 10 ədəd fotoşəkil
Təhsil Ala Biləcəyiniz Bəzi İxtisaslar:
- Menecment
- İşletme
- Halka ilişkiler
- Sosyoloji
- Moda Tasarım
- Sosyal Hizmetler
- Lojistika
- Bilgi Yönetimi
- Dış Ticaret
- Ekonomi
- Reklam
- Kamu Yönetimi
Türkiyədə Distant Təhsil Ala Biləcəyiniz Universitetlərin Siyahısı:
- Atatürk Universitesi
- Ondokuz Mayıs Universitesi
- Ege Universitesi
- Akdeniz Universitesi
- Yıldız Teknik Universitesi
- İstanbul Universitesi
- Kırklareli Universitesi
- Trakya Universitesi
- Bursa Uludağ Universitesi
- Konya Teknik Universitesi
- Mimar Sinan Universitesi
- Balıkesir Universitesi
- Necmettin Erbakan Universitesi
- Çanakkale Onsekiz Mart Universitesi
- Ankara Universitesi
- Batman Universitesi
- Kütahya Dumlupınar Universitesi
- Ortadoğu Teknik Universitesi
- Selçuk Universitesi
- Muğla Sıtkı Koçman Universitesi
Son olaraq isə sizlərə Türkiyədə təhsil yolunuzda uğurlar arzu edirik!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.