Türkiyədə Təhsil

Dövlət Xətti ilə Türkiyədə Təhsil

Təhsil Nazirliyinin nəzdində 2006-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən tələbələrin dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almasına dair sərəncam imzalanmışdır. 2014-cü ildən etibarən dövlət proqramı vasitəsilə 6000 nəfərdən çox tələbən xarici ali təhsil müəssisələrində tədris proqramlarında iştirak etmək hüququ əldə etmişdir. Xaricdə təhsil almağı düşünən hər bir tələbə bu proqrama qoşula və xaricdə təhsil arzularını dövlət hesabına reallaşdıra bilər. Dövlət proqramında iştirak etmək üçün namizədlərin ilk öncə xarici ali məktəblərə qəbul olunması lazımdır. Daha sonra müsabiqə elan olunduğu vaxtda xarici ali təhsil müəssisələrindən qəbul cavabı almış namizədlərdən sənədlərini Təhsil Nazirliyinə təqdim etmələri tələb olunur. Müsabiqədə iştirak etmək üçün iyun və iyul aylarında proqram açıq elan olunur.

Dövlət Proqramına qəbul olunmağın əsas tələbi ondan ibarətdir ki, tələbənin xaricdə təhsil üçün seçdiyi ixtisas prioritet ixtisaslardan biri olsun. Yəni seçilən ixtisas müəyyən bir ixtisas sahəsi üzrə üstünlük təşkil etməlidir ki, tələbə dövlət proqramından qəbul cavabı ala bilsin. Dövlət hesabına xaricdə təhsil almağı düşünən hər bir tələbə ixtisas seçimində bu tələbi nəzərə almalı və ona görə qərar verməlidir. Dövlət proqramı haqqında bəzi məqamlar yanlış başa düşülmüşdür və namizədlər elə bilir ki, Təhsil Nazirliyi həm xaricdə dövlət hesabına təhsil alacaq tələbənin bütün xərclərini qarşılayacaq, həm də ali təhsil müəssisəsinə qəbul prosesini həyata keçirəcəkdir. Burada tələbələr bir məqama diqqət etməlidir ki, Təhsil Nazirliyi dövlət hesabına xaricdə təhsil almaq hüququnu qazanmış tələbənin yalnız qəbul olunduğu universitetin illik təhsil haqqı ödənişini öz öhdəsinə götürür. Təhsil haqqından başqa, tələbənin əlavə heç bir xərci dövlət proqramı tərəfindən qarşılanmır.

Prioritet İxtisaslar Hansılardır?

Təhsil Nazirliyinin dövlət proqramına qəbul olunmaq üçün qeyd etdiyi pirioritet ixtisaslar aşağıdakılardır:

  • Neft Sənayesi ixtisası
  • İqtisadiyyat ixtisası
  • Kimya ixtisası
  • Biologiya ixtisası
  • Fizika ixtisası
  • Tibb ixtisası
  • Turizm ixtisası
  • Kimya mühəndisliyi ixtisası
  • İnformasiya Texnologiyaları ixtisası
  • Nanotexnologiya ixtisası
  • Kənd Təsərrüfatı ixtisası
  • Riyaziyyat ixtisası

Dövlət hesabına xaricdə təhsil almaq istəyən tələbələr siyahıdakı qeyd olunan ixtisaslardan birini seçməklə proqramda iştirak etmək fürsətindən yararlana bilərlər. Dövlət hesabına magistr təhsili almaq istəyən tələbələr isə bakalavr təhsillərində hansı ixtisas üzrə təhsil almışlarsa, həmin ixtisas üzrə proqramda iştirak edə bilərlər. Əks təqdirdə isə tələbələrin proqramda iştirak etmək hüququ yoxdur.

turkiyede tibb tehsili

Niyə Türkiyədə Dövlət Hesabına Təhsil Almalı?

Türkiyə dövləti xaricdə təhsil almaq istəyən tələbələrin ən çox üz tutduğu ölkələrdən biridir. Bu maraq və tələbatın ən başlıca səbəbi Türkiyədə yüksək keyfiyyətli təhsil sisteminin olmasıdır. Digər səbəblərdən isə Türkiyə dövlətinin Azərbaycanla qardaş ölkə olması, coğrafi cəhətdən yaxınlıq, milli-mədəni bənzərlik, eyni dil ailəsinə mənsubluq və türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörmətidir. Həmçinin Avropa ölkələrində tətbiq olunan Bolonya təhsil sisteminin Türkiyə ali məktəblərində də tədris olunması ilə tələbələr dünya standartlarında qabaqcıl təhsil ala biləcəklər. Məzun olduqdan sonra əldə etdikləri diplomlar Avropa ölkələrində və demək olar ki, dünyanın bütün ölkərində tanınıb və yüksək səviyyədə qəbul olunacaqdır. Nüfuzlu universitetləri ilə Türkiyə dövləti nəinki azərbaycanlı tələbələrin, həmdə dünyanın dörd bir yanından olan beynəlxalq tələbələrində diqqətini cəlb etməkdədir. Hər il minlərlə tələbə xaricdə təhsil almaq üçün Türkiyə dövlətini seçir.

Dövlət Hesabına Təhsil Ala Biləcəyiniz Bəzi Universitetlər:

  • İstanbul Universitesi
  • Ankara Universitesi
  • Hacettepe Universitesi
  • Ondokuz Mayıs Universitesi
  • Ege Universitesi
  • Atatürk Universitesi
  • Gaziantep Universitesi
  • Dokuzeylül Universitesi
  • Yıldız Teknik Universitesi
  • Eskişehir Osmangazi Universitesi
  • Çanakkale Universitesi
  • Bursa Uludağ Universitesi
  • Abdullah Gül Universitesi

Son olaraq diqqətinizə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyinin nəzdində olan dövlət proqramı müvəqqəti olaraq dayandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button