Türkiyədə Təhsil

Türkiyədə Tibb Təhsili

Xaricdə təhsil almaq istəyən tələbələrin sayı günü-gündən artmaqdadır. Son illərin statistikasına da nəzər salsaq, xaricdə təhsil almağa olan maraq və tələbat son dərəcə artmışdır. Buna ən başlıca səbəb olaraq isə xarici ölkələrdə təhsilin yüksək səviyyədə olmasını misal göstərmək olar. Xüsusilədə Avropa ölkələrində və qardaş Türkiyə dövlətində təhsilin yüksək standartlarda tədris olunmasına baxmayaraq, ali məktəblərdə aşağı təhsil haqqı qiymətlərinin olması tələbələrin ali təhsil almaq üçün xarici ölkələrə üz tutmasına səbəb olur. Xaricdə təhsil üçün ən çox müraciət edilən ölkələrdən biridə qardaş ölkə Türkiyədir.

Niyə Türkiyədə Təhsil Almalı?

Türkiyə dövlətində təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar. Türkiyə dövlətinin universitetləri yüksək keyfiyyətli təhsil sisteminə, ən son texnologiyaya və müasir avadanlıqlara sahib olmaqla, nüfuzlu və prestijli universitetlər sırasında öz yerini almışdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlardır, həmçinin Avropa ölkələrində də tətbiq olunan Bolonya təhsil sisteminin türk universitetlərində də tətbiq olunmasıdır. Türkiyə dövlətinin nüfuzlu universitetləri və yüksək keyfiyyətli təhsil sistemi təkcə azərbaycanlı tələbələri deyildə, dünyanın dörd bir yanından olan beynəlxalq tələbələridə özünə cəlb etməkdədir. 207 universitetə və 60.000-dən çox tədris proqramlarına sahib olan Türkiyə dövləti demək olar ki, tələbə dostudur! Universitetlərin və təhsil proqramlarının çoxluğu ilə hər bir tələbə özünə uyğun universitet və tədris proqramlarını çox rahatlıqla seçə bilər. Hər bir universitetində olan geniş kampus imkanları, sosial klubları və idman komandaları tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur. Bu kimi bir çox əsaslı səbəblərə görə məhz Türkiyədə Təhsil almağa dəyər!

Türkiyədə tibb təhsili ala biləcəyiniz bəzi universitetlərin siyahısı:

  1. Yeditepe Universitesi
  2. Hacettepe Universitesi
  3. Acıbadem Universitesi
  4. İstanbul Aydın Universitesi
  5. Ankara Universitesi
  6. İstanbul Cerrahpaşa
  7. Medipol Universitesi
  8. Başkent Universitesi
  9. Ege Universitesi
  10. Atatürk Universitesi
  11. Bahçeşehir Universitesi
  12. Maltepe Universitesi
  13. Altınbaş Universitesi
  14. Kocaeli Universitesi
  15. Bezmialem Universitesi

Bəs Türkiyədə Necə Tibb Təhsili Almaq Olar?

Türkiyə dövləti təhsil sahəsində xüsusilədə tibb təhsili sahəsində xeyli inkişaf etmişdir və bu ixtisaslarda təhsil almaq istəyən tələbələrin sayıda günü-gündən artmaqdadır. Tibb təhsilinin davam etmə müddəti 6 il, diş həkimliyi (stomatologiya) ixtisasının davam etmə müddəti isə 5 ildir. Türkiyə dövlətini tibb təhsilində digər ölkələrdən fərqləndirən əsas üstünlüyü tələbələrin birinci kursdan etibarən praktikalara cəlb olunması və ancaq ixtisasyönümlü fənnlərin tədris olunmasıdır. Bütün tədris olunan fənlər bir-biri ilə bağlı olduğundan dolayı, tələbə hər hansı bir fənndən kəsildiyi zaman həmin kursu təkrar oxumalı olacaqdır. Buna görədə tələbələr çalışmalıdırlar ki, heç bir fənndən akademik borcu yaranmasın. Həmçinin Türkiyə dövlətində Ankara, Hacettepe, İstanbul (Cerrahpaşa) kimi nüfuzlu universitetlərində tibb ixtisasında təhsil almaq istəyən tələbələr biilməlidir ki, həmin universitetlərdə tədris yalnız ingilis dilində təşkil olunur. Bu universitetlərdə diş həkimliyi ixtisası isə türk dilindədir.

Buna görədə qəbul üçün tələbələrdən SAT, TOEFL və ya YÖS imtahan sertifikatı və tələb olunan minimal nəticələri toplamaları tələb olunur. Özəl universitetlərdə isə qəbul prosesində namizədlərdən YÖS imtahan nəticəsi tələb olunmur. Əgər tələbənin SAT imtahan nəticəsi varsa, dil sertifikatı olaraq TOEFL keçərli olur. Türkiyə dövlətinin bəzi universitetlərində İELTS sertifikatı qəbul olunmur. Özəl universitetlərdə illik təhsil haqqı qiyməti üçün 10.000 dollar maliyyə vəsaiti lazım olacaqdır. Tələbələrin bəzi universitetlərdə yalnız attestat sənədlərini təqdim edərək təhsil almaq şanslarıda vardır. Lakin nüfuzlu universitetlərdə təhsil almaq istəyən tələbələr həmin serifikatları əldə etməlidirlər.

Son olaraq isə sizlərə Türkiyədə təhsil yolunuzda uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button