Ukraynada Təhsil

Ukraynada Tibb Təhsili

Ukrayna tarix boyu təhsil sahəsində özünü doğruldan bir dövlət olaraq Şərqi Avropada Qara dənizin şimalında yerləşir. 1991-ci ildə SSRİ-dən ayrılan Ukrayna dövləti təhsil sahəsində dəyişikliklər edərək, müasir Ukrayna təhsil sisteminin əsasını qoymuşdur. Sovet dövründəki təhsil sistemindən tamamilə fərqlənən müasir Ukraynanın məktəbəqədər təhsil, orta məktəb və ali məktəb sistemi yaradılmışdır. Bu təhsil sahəsindəki addımı ilə Ukrayna dövləti Avropa təhsil sisteminə bir qədər yaxınlaşdı. Təhsilin inkişaf etməsinin ən başlıca səbəblərindən biridə ölkədə özəl məktəblərin yaradılması oldu. Bu özəl məktəblərin yaradılması gələcəyin qabaqcıl təhsil sisteminin bünövrəsini qoymuşdur. Təxminən 50 milyon əhalisi olan Ukrayna dövləti Polşa, Macarıstan və Slovakiya ölkələri ilə həmsərhəddir. Mədəniyyət və sənət şəhəri olan Ukrayna əhalisi olduqca qonaqpərvər və əcnəbilərə qarşı xoş münasibət göstərən mədəniyyətə sahibdirlər.

Bəs Niyə Ukraynada Təhsil Almalı?

500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixin ən qədim və köklü universitetlərinə malikdir. Bu səbəbdən ukrayn universitetləri dünyanın ən qabaqcıl və nüfuzlu ali məktəbləri sırasında öz yerini almışdır. Ukrayna dövlətinin hər bir universitetinə nəzər salsaq, ali məktəblərin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunuduğunun, akademik heyətin savadlı və peşekar pedaqoqlardan ibarət olduğunun ,geniş kampus imkanlarına sahib olduğunu müşahidə edə bilərik. Ən vacib amil olan isə Ukrayna universitetlərində də Avropa ölkələrində olduğu kimi, Bolonyo təhsil sisteminin tətbiq olunmasıdır. Bununla yanaşı, Ukrayna universitetləri Avropa Birliyinin üzvü olmaqla tələbələrin əldə etdikləri diplomlar bütün Avropa və dünya ölkələri tərəfindən tanınıb və keçərli olmasıdır.

Ukraynada Necə Tibb Təhsili Almaq Olar?

Ukrayna dövləti tələbələrə ən sadə prosedur və aşağı təhsil haqqı ilə yüksək standartlarda təhsil almaq imkanı verən dünyanın ən qabaqcıl ölkələrindəndir. Həmçinin Ukraynada tibb təhsili xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr tərəfindən ən çox seçilən ixtisas halına gəlmişdir. Ukrayna dövləti universitetlərində Tibb və Diş Həkimliyi ixtisaslarından məzun olan tələbələrin əldə etdikləri diplomlar Avropa birliyindən və dünyanın bir çox ölkələri tərəfindən ekvivalent sayılmasıdır. Bununlada məzun olan tələbələrin ixtisaslarında fəaliyyət göstərmələri və iş tapmaları çox rahat şəkildə həll olunur. Təxminən Ukraynada Tibb proqramlarının təhsil müddəti tələbənin hazırlığından və ya müvəffəqiyyətindən asılı olaraq, orta hesabla 5 ilə 8 il arasında davam edir. Diş Həkimliyi ixtisasının davam etmə müddəti isə 5 ildir. Tədris dili isə ukrayn dilli və ya bir çox universitetlərin ingilis dilində təşkil etdikləri proqramlar vardır.

Tələbələrin Ukrayna universitetlərindəki bir çox tibb və stomatologiya proqramlarına qəbul olunmaq üçün heç bir qəbul imtahanı tələb olunmur. Həmçinin Ukrayna dövləti universitetlərində yüksək keyfiyyətli təhsil sistemi və aşağı təhsil haqqı qiymətlərinin olması tələbələrin həkim olmaq xəyallarının reallaşdırılmasını çox asanlaşdırır. Dünyanın ən yaxşı 500 universitetlərində sırasında yer alan və tibb sahəsində ən yaxşı təhsil verən Odessa Dövlət Tibb Universiteti və V.N.Kazarin adına Xarkov Milli Universiteti tələbələrin Ukraynada tibb təhsili almaq üçün ən çox seçdikləri universitetlərdəndir.

Ukrayna Tibb Universitetlərində ən populyar ixtisaslar bunlardır:

  1. Ümumi Tibb
  2. Pediatriya
  3. Cərrahiyyə
  4. Stomatologiya
  5. Əczaçılıq

Qəbul Prosesi Necədir?

Ukraynanın həm dövlət statuslu, həmdə özəl universitetlərində heç bir qəbul imtahanı tələb olunmadan və dil sertifikatına ehtiyac olmadan, sadəcə attestat və ya bakalavr diplomu ilə tələbələrin tibb təhsili almaq imkanı vardır. Həmçinin Ukrayna dövlətində təhsil alan tələbələrin Azərbaycan Respublikası Konstitutsiyasının Hərbi Çağırış haqqında 21-ci maddəsinə əsasən təhsil müddəti ərzində hərbi xidmətdən azad olmaq hüququ vardır. Sadəcə aşağıdakı sənədləri təqdim etməklə Ukraynanın bir çox qabaqcıl və nüfuzlu universitetlərində tibb təhsili almaq imkanınız vardır:

  • Attestatın ukrayn dilinə tərcümə olunmuş və onun notarial qaydada təsdiqi
  • Bakalavr diplomunun ukrayn dilinə tərcümə olunmuş və onun notarial qaydada təsdiqi
  • Xarici passport və ya şəxsiyyət vəsiqəsi
  • 3×4 ölçüdə olmaqla 10 ədəd fotoşəkil
  • Doğum haqqında şəhadətnamə
  • Sağlamlıq haqqında arayış
  • Xüsusi xəstəliklər üçün tibbi arayış

Ukraynanın Tibb Universitetləri Hansılardır?

  1. Xarkov Milli Tibb Universiteti
  2. V.N.Kazarin adına Xarkov Milli Universiteti
  3. Kiyev Milli Tibb Universiteti
  4. Boqomolets adına Milli Tibb Universiteti
  5. Bukovinian Dövlət Tibb Universiteti
  6. Vinnitsa Milli Tibb Universiteti
  7. Donetsk Milli Tibb Universiteti
  8. Ternopil Milli Tibb Universiteti
  9. Sumi Milli Tibb Universiteti
  10. Odessa Beynəlxalq Tibb Universiteti
  11. İvano-Frankivsk Milli Tibb Universiteti
  12. Poltava Dövlət Tibb Universiteti
  13. Taras Şevçenko adına Kiyev Milli Universiteti
  14. İvan Franko adına Lvov Milli Universiteti
  15. Dnepropetrovsk Dövlət Tibb Akademiyası

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button