Türkiyədə Təhsil

YÖS İmtahanı ilə Türkiyədə Təhsil

YÖS (Yabancı Öğrenci Sınavı) Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələrin iştirak etməli olduğu bir universitetlərə qəbul imtahanıdır. YÖS imtahanı mərkəzi bir imtahan deyil və Türkiyə dövlətində yerləşən universitetlərin hər biri özləri təşkil etdiyi YÖS qəbul imtahanı vasitəsi ilə tələbə qəbulunu həyata keçirirlər. Təhsil həyatını Türkiyənin nüfuzlu universitetlərində davam etdirmək istəyən tələbələrin iştirak etməli olduğu vacib bir imtahandır. Bu imtahan 2010-cu ilə qədər Öğrenci Seçme ve Yerleştirme Merkezi (ÖSYM) tərəfindən aparılmaqda idi. Lakin 2011-ci ildə alınan qərarla, YÖS imtahanını Türkiyə universitetlərinin özləri keçirməlidir və buna görədə hər bir universitet YÖS imtahanını fərqli tarixdə təşkil edirlər. Universitetlər öz qəbul imtahanlarını seçməkdə azad olsa da istər SAT, istərsədə YÖS imtahan nəticəsi ilə tələbələrin 150-dən çox Türkiyənin həm dövlət , həmdə də özəl universitetlərinə qəbul olmaq şansı vardır. YÖS imtahanında Türkiyədə təhsil almaq istəyən orta məktəbi və ya universitetlərin bakalavr dərəcəsini bitirmiş hər bir şəxs iştirak edə bilər. Hər il 1000-dən çox tələbə YÖS imtahan nəticəsi ilə Türkiyənin bir çox universitetlərində təhsil alır.

Niyə Türkiyədə Təhsil Almalı?

Ən vacib amil olan Türkiyə dövlətində yerləşən universitetlərdə yükək keyfiyyətli təhsil sisteminin tətbiq olunmasıdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlar və universitetlərdə Avropa ölkələrində tətbiq olunan Bolonya təhsil sisteminə əsaslanan qabaqcıl tədrisin olmasıdır. Bolonya təhsil sistemi vasitəsilə tələbələr həm yüksək keyfiyyətli təhsil ala biləcək, həm də əldə etdikləri diplomlar dünyanın 47 ölkəsində tanınacaqdır. Beləliklə, Türkiyə ali məktəblərindən məzun olan tələbələrin gələcək karyeraları daha parlaq və uğurlu olacaqdır. Türkiyə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, 60.000-dən çox tədris proqramlarına malikdir. Universitetlərin və tədris proqramlarının say çoxluğu nəticəsində, hər bir tələbənin özünə uyğun universitet və tədris proqramlarında təhsil almaq imkanı vardır. Demək olar ki, hər bir universitet ən son son texnologiya və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə geniş kampus imkanlarının olması, sosial klublar və idman komandaları sayəsində tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.

türkiyədə pulsuz təhsil

YÖS İmtahan Strukturu

YÖS imtahanı məntiq və riyaziyyat və türk dili hissəsi nəzərə alınaraq ümumilikdə iki hissədən ibarətdir. İmtahanın məntiq hissəsi 45 sualdan, Riyaziyyat hissəsi isə 35 sualdan ibarət olur. YÖS imtahanın davam etmə müddəti 90 dəqiqədir. Türk dili imtahanında 4 əsas meyar (oxuma, dinləmə, yazma,danışma) qiymətləndirilir və tələbələrə 60 dəqiqə vaxt verilir. İmtahanda toplanıla bilinəcək maksimum bal 100-dür. Minimal keçid balı intervalı isə 51-55 bal arasında dəyişir. Tibb təhsili istisna olmaqla, əgər tələbənin imtahanda əldə etdiyi nəticə 60 baldan yuxarı olarsa, Türkiyənin bəzi universitetlərinə güzəştlə qəbul olmaq imkanı vardır. İmtahan Bakı şəhərində də təşkil olunur. Həmçinin, tələbənin Türkiyə dövlətinə gedib imtahanda iştirak etmək hüququ vardır. Bakıda imtahanlar əsasən aprel və may aylarında təşkil olunur. YÖS imtahanına tələbənin biliklərinə əsasən, hazırlıq üçün 8-10 ay vaxt tələb olunur.

55-65 bal arası intervalında Qəbul Oluna bilinəcək ixtisaslar:

  • Maliyyə
  • Dövlət İdarəçiliyi
  • Menecment
  • İqtisadiyyat
  • Turizm
  • Logistika
  • İdman

70-85 bal arası intervalında Qəbul Oluna bilinəcək ixtisaslar:

  • Psixologiya
  • Mühəndislik
  • Memarlıq

90-100 bal arası intervalında Qəbul Oluna bilinəcək ixtisaslar:

  • Tibb
  • Hüquq
  • Diş həkimliyi

Lakin Türkiyə dövlətində təhsil almaq istəyən tələbələr nəzərə almalıdırlar ki, Türkiyənin bir çox nüfuzlu universitetlərinə qəbul yalnız SAT imtahan nəticəsi ilə aparılır. Yəni bir çox nüfuzlu universitetlər tələbə qəbulu prosesində YÖS imtahan nəticəsini nəzərə almırlar və SAT imtahan nəticəsini namizədlərdən tələb edirlər. YÖS imtahan nəticəsi ilə tələbələr orta səviyyəli türk universitetlərinə qəbul ola bilərlər. Məsələn Ege, Uludağ, Dumlupınar kimi Türkiyənin orta səviyyəli universitetlərinə qəbul ola bilərlər. Boğaziçi, ODTÜ, Hacettepe kimi Türkiyənin ən qabaqcıl universitetlərində təhsil almaq istəyən tələbələr SAT imtahanında iştirak etməli və tələb olunan minimal nəticəni əldə etməlidirlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button