Xaricdə təhsil

Xaricdə Təhsil Almaq Üçün Hansı Sənədlər Tələb Olunur? – 2022 ƏN YENİ

Xaricdə təhsil bir çox tələbələrin arzusudur və xaricdə təhsilin keyfiyyəti, mədəni müxtəliflik, karyera imkanları və dil öyrənmə kimi səbəblərə görə çox cəlbedicidir. Xaricdə təhsil almağa qərar verdiyiniz zaman qarşınızda uzun bir yol olacaq və universitet araşdırmaları, müraciətləri, tələb olunan sənədlər və viza prosedurları kimi məsələlər sizə gələcək və siz bu prosesi ən səmərəli şəkildə idarə etməli olacaqsınız.

xaricde tehsil almaq 2022

Xaricdə Təhsil Almaq Üçün Hansı Sənədlər Tələb Olunur?

İlk növbədə qeyd etməliyik ki, xaricdə təhsil almaq üçün tələb olunan sənədlər sizin qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq fərqlilik göstərə bildiyi halda əsasən aşağıdakı sənədlər tələb olunur:

1. Dil Sertifikatı

Xaricdə təhsil almaq üçün mütləq şəkildə dil bilikləriniz keçiriləcək dərsləri tam başa düşəcək şəkildə və kommunikasiya əlaqələri qura bilməyiniz üçün yüksək səviyyədə olmalı və dil biliklərinizi təsdiqləyən sertifikata sahib olmalısınız. Həmin sertifikatlara qəbul olmaq istədiyiniz universitetin tələblərindən asılı olaraq, İELTS və TOEFL qəbul edilir. Əsasən İELTS sertifikatı bütün universitetlər tərəfindən tanınır və qəbul olunur. Əgər dil bilikləriniz təhsil almaq və kommunikasiya əlaqələri qura bilməniz üçün zəifdirsə, siz universitetlərin 1 illik hazırlıq iştirak edə bilərsiniz.

xaricde tehsil almaq ucun imtahanlar

2. Diplom və ya Transkript

Magistr və PhD üzrə xaricdə təhsil almaq istəyən namizədlər diplom və ya transkriptlərini ingilis dilinə tərcümə olunmuş şəkildə notarial qaydada təsdiq etməli və daha sonra qəbul olmaq istədikləri universitetlərə təqdim etməlidirlər. Bakalavr təhsili almaq istəyən tələbələr isə attestat sənədini ingilis dilində notarial qaydada tərcümə və təsdiq olunmuş sürətini universitetə təqdim etməlidirlər.

Transkript sənədi tələbənin universitet təhsili müddətində akademik göstəricilərini müəyyən edən göstəricidir. Qısa şəkildə GPA və ya ÜOMG adlandırılır. Xaricdə təhsil almaq üçün isə akademik göstəriciniz olan GPA yüksək olmalıdır ki, sizin qəbul olmaq şansınızda yüksək olsun. Əsasən bu göstəricilər universitetlər tərəfindən 70 bal tələb olunur.

xaricde tehsil almaq ucun

3. Motivasiya Məktubu

Bu məktub sizin qəbul olmaq istədiyiniz universitet və təhsil almaq üçün nə qədər həvəsli və istəkli olduğunuzu bildirən bir sənəddir. Həmin məktubu özünüzə xas şəkildə yazmalı və son dərəcə professional olmalısınız, çünki motivasiya məktubunun sizin universitetə qəbul olmanızda vacib rolu vardır, lakin bu sənəd bəzi universitetlər tərəfindən tələb olunduğu halda, bəzi universitetlər motivasiya məktubunu deyildə tövsiyə məktubunu tələb edirlər.

4. Tövsiyə Məktubu

Xaricdə təhsil almaq üçün tələb olunan digər bir sənəd isə tövsiyə məktubudur və motivasiya məktubu kimi bu sənədidə bəzi universitetlər tələb, bəziləri isə tələb etmirlər. Tövsiyə məktubunun motivasiya məktubundan fərqi ondan ibarətdir ki, bu məktubu siz yox başqası yazır, yəni sizi qəbul olmaq istədiyiniz universitetə professor və ya başqa elmi dərəcəli bir şəxs tövsiyə edir. Qısaca məktub tövsiyə xarakterli şəkildə yazılır ki, namizədin qəbul olmaq istədiyi universitetə son dərəcə lazyiq və uğurlu olduğu bildirilir.

Xaricdə təhsil almaq üçün əsas tələb olunan sənədlər bundan ibarətdir, lakin siz bu sənədlərlə yanaşı, xaricdə təhsil almaq üçün viza üçün qəbul sənədinə, bank hesabına sahib olmalısınız. Bank hesabınızı səfirliyə təqdim etməklə, siz xaricdə yaşam və digər xərclərinizi qarşılaya biləcəyinizi sübut etmiş olursunuz. Həmçinin, universitetə qəbul olmaq üçün tələb olunan imtahanlardan da yaxşı nəticə əldə etməlisiniz ki, universitetə qəbul olmaq şanısınız digər rəqiblərinizdən yüksək olsun və həmin imtahanlara GRE və GMAT aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button