Xaricdə təhsil

Xaricdə Təhsil Almaq Üçün Universitet Seçimi Necə Edilməlidir? – 2022

Xaricdə təhsil almaq internet və inkişaf edən texnologiyalar sayəsində artıq asanlıqla həll olunan bir prosedur halına gəlmişdir. Çünki tələbələr ingilis dil bilikləri vasitəsilə artıq təhsil almağı planlaşdırdıqları universitetlərə asanlıqla online olaraq müraciət edə bilirlər. Həm ölkələr, həm də ali təhsil müəssisələri tərəfindən maliyyələşdirilən təqaüd proqramları, təhsil kreditləri və Erasmus kimi mübadilə proqramları vasitəsilə xaricdə təhsil arzularını gərçəkləşdirə bilirlər. Xaricdə təhsil almaq üçün qəbul olmaq istədiyiniz proqramlara qərar verdikdən sonra, ən vacib addımlardan biridə universitet seçimi etməkdir. Bu seçimi edərkən son illərdə texnologiyaya görə Amerikaya, mühəndisliyə görə Almaniyaya, moda dizaynına görə İtaliyaya və qastronomiyaya görə Fransaya üstünlük verildiyini unutmaq olmaz.

Təhsil Alacağınız Universiteti Nəyə Görə Seçməlisiniz?

Bu məqaləmizdə isə sizinlə bu sual ətrafında bilməli və nələrə diqqət etməli olduqlarınızı təfərrüatı ilə açıqlayacayıq.

1. Ölkələrə görə

Xaricdə təhsil almağı qərarlaşdırdıqdan sonra atmalı olduğunuz ilk addım ölkə seçimi etməkdir. Ölkə seçimini isə əgər siz öz hesabınıza təhsil alacaqsınızsa, ilk növbədə büdcənizə görə etməlisiniz. Amerika, Kanada, İngiltərə kimi ölkələr yüksək keyfiyyətli təhsil sistemi və nüfuzlu universitetləri ilə seçilsədə, lakin beynəlxalq tələbələr üçün təhsil baha başa gəlir, həmçinin siz həmin ölkələrdəki karyera imkanlarınada diqqət etməlisiniz. Xaricdə təhsil almaq istədiyiniz ölkəni seçməyinizdə digər vacib rol oynayan məqam isə coğrafi mövqeyidir, ümumiyyətlə yaşadığınız ölkəyə yaxın xarici universitetləri seçmək sizin üçün faydalı olacaq və gediş-gəliş xərclərinizə və zamanınıza birbaşa olaraq təsir edəcəkdir.

2. Universitetin təhsil keyfiyyətinə görə

Xaricdə təhsil almaq üçün universitet seçimi edərkən qəbul olmaq istədiyiniz universitetlərin reytinq göstəricilərinə və beynəlxalq seviyyələrdə qəbul edilməsinə və diplomlarının digər ölkələr tərəfindən tanınıb-tanınmamasına diqqət etməlisiniz. Bu baxımdan təhsil almaq istədiyiniz ali təhsil müəssisələrinin tarixinə, prestijinə, təqaüd imkanlarına və məzunlarının karyera imkanlarına nəzər yetirməlisiniz.

3. Təhsil haqqına görə

Xaricdə təhsil xərcləri tələbələrin diqqət etməli olduqları digər bir amildir və əgər tələbə təqaüd imkanlarından yararlana bilmirsə, bu zaman bilməlidir ki, əksər xarici universitetlərdə illik təhsil haqqı qiymətləri bahadır. Əlbəttə ki, bir çox universitetlər aşağı təhsil haqqı qiymətləri ilə fərqlənir, lakin həmin universitetlər Avropa ölkələrinin universitetləridir. Amerika və Kanada universitetlərində isə təhsil əcnəbi tələbələr üçün olduqca baha başa gəlir, buna baxmayaraq, siz həmin universitetlərdə təhsil kreditləri və tədqiqat layihələri üçün ayrılan fondlar vasitəsilə də təhsil almaq imkanınız vardır.

4.Karyera İmkanlarına Görə

Xaricdə karyera imkanlarından faydalanmaq üçün təhsil üçün seçdiyiniz universitetin əhəmiyyətini göz ardı etmək olmaz. Çünki əksər beynəlxalq marka və şirkətlər bir çox ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyindən dolayı, hər il məzunlar üçün təcrübə proqramları ilə iş imkanları yaratmaqdadır. Buna görədə bəzi universitetlərdən seçilmiş və yeni məzun olan gənclərin karyeralarına daha tez başlamaq imkanı olur.

5. Təhsil dilinə görə

İngilis dil seçiminə görə xaricdə təhsil almaq qərarına gələn tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasında Amerika, İngiltərə və Avstraliya birinci sıralarda yer almaqdadır. Çünki həmin ölkələrdə rəsmi dil ingilis dilidir və buna əlavə olaraq, dil bilikləri müraciət etdiyiniz ölkələrə görə dəyişiklik göstərsə də, dünyanın hansı universitetinə qəbul olmaq istədiyinizdən asılı olmayaraq, sizdən beynəlxalq səviyyədə qəbul olunmuş ingilis dil biliklərinizi təsdiqləyən İELTS və TOEFL imtahan sertifikatları tələb olunacaqdır. ABŞ və Kanada ölkələrinin universitetləri ümumi olaraq TOEFL imtahan nəticəsini tələb edir. Avropa ölkələrinin demək olar ki, bütün universitetləri isə İELTS imtahan nəticəsini qəbul edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button