Xaricdə təhsil

Xaricdə Təhsil Almaq Üçün Hansı İmtahanlar Tələb OLunur? – 2022

Xaricdə təhsil əksər tələbələrin arzusudur. Bundan başqa, bu arzuya Amerika, Kanada, İngiltərə, İtaliya, Avstraliya kimi gözəl ölkələr və nüfuzlu universitetlər əlavə olunduqda hər il xarici ölkədə təhsil almaq istəyən tələbələrin sayı artır. Ümumiyyətlə, xaricdəki universitetə müraciət etmək üçün diplom, orta qiymət və arayışlar qəbul edilir, lakin beynəlxalq proqramları olan ölkələr müraciətlər üçün ilkin şərtlər kimi müxtəlif ixtisaslaşdırılmış və ya standartlaşdırılmış test və imtahanlar tələb edir. Bu testlər tələbələrin müəyyən bir mövzu üzrə biliklərini ölçməkdənsə, onların problem həll etmə, analitik düşünmə, dil səviyyəsi üzrə oxuma və anlama kimi bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyır. Bu məqaləmizdə isə tələbə namizədlərimiz üçün xaricdə təhsil almaq üçün hansı imtahanlar tələb olunur onu araşdırdıq!

IELTS (International English Language Testing System)

Xaricdə təhsil almaq üçün tələb olunan imtahanlar dedikdə ilk ağlımıza gələn və hər kəsin bildiyi TOEFL və IELTS imtahanı gəlir. Dünyanın hansı ölkəsinə getməyinizdən asılı olmayaraq, Amerika və ya İngiltərə, Çin və ya Yeni Zelandiya olsun, xarici dil biliklərinizi sübut etmək üçün keçməli olduğunuz bu testlərin balları oxuyacağınız universitetlərə və proqramlara görə dəyişir. IELTS ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və ya işləmək istəyənlərin ingilis dili səviyyəsini ölçmək üçün istifadə edilən imtahandır. Bu imtahan qlobal səviyyədə qəbul edilmiş standart çərçivəsində aparılır.

IELTS dörd hissədən ibarətdir: dinləmə, danışma, oxuma və yazma. Dinləmə, oxu və yazı imtahanları fasiləsiz eyni gündə verilir. Test mərkəzindən aılı olaraq, danışıq imtahanı eyni gündə və ya əsas imtahandan yeddi gün əvvəl və ya sonra verilir. İmtahan cəmi 3 saat davam edir və ilk üç hissəç yəni dinləməç oxuma və ya yazma bu ardıcılıqlaç bir-birinin ardınca fasiləsiz yerinə yetirilir. IELTS imtahanın beynəlxalq etibarlılıq müddəti 4 ildir.

TOEFL (Test of English as a Foreign Language)

TOEFL bütün dünyada, xüsusilə də Amerika və Kanadada istifadə olunan bir beynəlxalq imtahandır və 4 hissədədən ibarətdir. İELTS imtahanında olduğu kimi bu imtahan növündədə namizədlər oxu, yazma, danışma və dinləmə bölmələrindən test olunurlar və İELST-dən fərqli olaraq, TOEFL internet üzərindən onlayn keçirilir.

Oxu hissəsində 35-36 sual verilir və bu sualların 60-80 dəqiqə ərzində cavablandırılması gözlənilir. Burada akademik mətnlərin üç və ya dörd keçidini oxumaq və suallara cavab vermək qabiliyyətinizi ölçür. Dinləmə bölməsində isə 34-51 sual verilir və bu suallara verilən 60 ilə 90 dəqiqə arasında dəyişir. TOEFL imtahanınında etibarlılıq müddəti 4 ildir.

SAT (Scholastic Aptitude Test)

Akademik qabiliyyət imtahanı olan SAT beynəlxalq sertifikalaşdırılmış imtahandır və dünyada ilk dəfə Amerikada 1926-cı ildə amerikan vətəndaşlarının universitetlərin bakalavr pilləsinə qəbul olunması üçün tətbiq edilmişdir və daha sonralar digər ölkələrdə bu imtahan növündən istifadə etməyə başlamışdır.

SAT imtahanı College Board adlı qurum tərəfindən il ərzində 7 dəfə olmaqla hər 2 aydan bir aparılır və ödənişlidir. Beynəlxalq sertifikatlaşdırılmış imtahan olduğundan dolayı dünyanın hər bir yerindən müraciət etmək olar bunun üçün ilk növbədə Collega Board-ın rəsmi saytında qeydiyyatdan keçmək və sizə ən yaxın olan imtahan məntəqəsini seçmək lazımdır. SAT imtahanına hazırlaşmaq üçün tələb olunan ingilis dili səviyyəsi B2 yəni upper-intermadiatedir.

SAT 1 (Reasoning Test) forma etibarı ilə 2 hissəyə ayrılır: “Mathematics” və ” Critical Reading&Writing”

  • Critical Reading və Writing hissəsində tələbənin ingilis dili səviyyəsi yoxlanılır. İmtahan 3 saat davam edir. Writing hissəsi 44 sualdan ibarət olmaqla 35 dəqiqə davam edir. Bu hissədə daha çox psixologiya və tarixə dair 5 mətn verilir və mətnlər 10-11 sualdan ibarət olur. Writing hissəsində isə verilmiş yazı səhvlərinin düzgün variantını qeyd etmək tələb olunsa da bir çox hallarda qrafikə uyğun cavablarda tələb olunur.Mathematics hissəsinin özüdə 2 hissədən ibarətdir. Burada tələbənin həndəsə və cəbr bilikləri yoxlanılır. İmtahan ümumilikdə 1 saat 20 dəqiqə davam edir. İmtahanın birinci hissəsində kalkulyatordan istifadə etmək qadağandır. Beləki burada asan həll olunan 20 sual olu və tələbələrə 25 dəqiqə vaxt verilir. İkinci hissə isə nisbətən çətin olur və tələbələrə 55 dəqiqə vaxt verilir və kalkulyatordan istifadə etmək olur. SAT 1 imtahanında toplana biləcək bal intervalı 400-1600 arasında dəyişir və hər 2 hissə 800 balla ölçülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button