Türkiyədə Pulsuz Təhsil
Əminliklə deyə bilərik ki, günümüz tələbələrinin yarısının arzusu xaricdə təhsil almaqdır. Bunun ən başlıca səbəbi isə xaricdə təhsilin yüksək səviyyədə olmasını misal göstərmək olar. Xüsusilədə Avropa ölkələrində və qardaş Türkiyə dövlətində təhsilin yüksək standartlarda tədris olunmasına baxmayaraq, ali məktəblərdə aşağı təhsil haqqı qiymətlərinin olması tələbələrin ali təhsil almaq üçün xarici ölkələrə üz tutmasına səbəb olur. Xaricdə təhsil üçün ən çox müraciət edilən ölkələrdən biridə qardaş ölkə Türkiyədir.
Niyə Türkiyədə Təhsil Almalı?
Türkiyə dövlətində təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar. Türkiyə dövlətinin universitetləri yüksək keyfiyyətli təhsil sisteminə, ən son texnologiyaya və müasir avadanlıqlara sahib olmaqla, nüfuzlu və prestijli universitetlər sırasında öz yerini almışdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlardır, həmçinin Avropa ölkələrində də tətbiq olunan Bolonya təhsil sisteminin türk universitetlərində də tətbiq olunmasıdır. Türkiyə dövlətinin nüfuzlu universitetləri və yüksək keyfiyyətli təhsil sistemi təkcə azərbaycanlı tələbələri deyildə, dünyanın dörd bir yanından olan beynəlxalq tələbələridə özünə cəlb etməkdədir. 207 universitetə və 60.000-dən çox tədris proqramlarına sahib olan Türkiyə dövləti demək olar ki, tələbə dostudur! Universitetlərin və təhsil proqramlarının çoxluğu ilə hər bir tələbə özünə uyğun universitet və tədris proqramlarını çox rahatlıqla seçə bilər. Hər bir universitetində olan geniş kampus imkanları, sosial klubları və idman komandaları tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur. Bu kimi bir çox əsaslı səbəblərə görə məhz Türkiyədə Təhsil almağa dəyər!
Bəs Türkiyədə Necə Pulsuz Təhsil Almaq Olar?
Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün bir neçə alternativ yollar vardır. Beləki, tələbələrin təqaüd proqramları və mübadilə proqramları vasitəsi ilə pulsuz təhsil almaq imkanından yararlana bilmək imkanları vardır. Türkiyə dövlətində təqaüdlə təhsil almaq istəyən tələbələrin ən çox yararlandığı Türkiye Bursları təqaüd proqramıdır. Türkiye Bursları təqaüd proqramı vasitəsi ilə hər il minlərlə tələbə Türkiyədə pulsuz təhsil almaq xəyallarını gərçəkləşdirirlər. Təqaüd programı bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edir. Təqaüd programında iştirak etmək üçün namizədlərdən tələb olunan bəzi kriteriyalar vardır:
- Namizədlər Bakalavr təhsili üçün 21 yaşın altında olmalı;
- Namizədlər Magistr təhsili üçün 30 yaşın altında olmalı;
- Namizədlər Doktorantura təhsili üçün isə 35 yaş altında olmalı;
- Namizədlər tələb olunan Minimum akademik nailiyyətə sahib olmalı(hər hansı bir təhsil müəssisəsində qiymət ortalaması)
Tələb olunan Minimum akademik nailiyyət Bakalavr namizədləri üçün ortalama 70%, magistr namizədləri və doktorantura namizədləri üçün 75% , Tibb elmləri (Tibb, Stomatologiya və Əczaçılıq) üçün isə akademik ortalama 90% olmalıdır.
Programa Necə Müraciət Etmək Olar?
Müraciət əsasən internet üzərindən edilir və bu sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsi və ya xarici pasport
- Yaxın zamanada çəkilmiş fotoşəkil
- Milli imtahan nəticəsi(varsa)
- Diplom və müvəqqəti məzuniyyət sənədi
- Akademik transkriptlər
- Beynəlxalq İmtahan Nəticələri (GRE, GMAT ,YDS, YÖS və s.)seçilmışproqram tərəfindən tələb olunarsa.
- Dil testi nəticləri (seçilmiş proqram tələb edərsə)
- Araşdırma mövzusu təklifi və gördüyünüz işin yazılı bir nümunəsi (yalnız doktorantura müraciətləri üçün)
Türkiyə universitetlərində tədrisin türk dilində olmasına baxmayaraq, bəzi kafedralar və universitetlər ingilis və digər dillərdə də tədrisi həyata keçirə bilirlər. Buna görədə bu proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilik sertifikatı olmalıdır. SAT, TOEF,L GRE, GMAT və s. imtahan sertifikatları tələb olunur. Proqramda iştirak https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsi üzərindən aparılır.
Mübadilə Proqramları ilə Pulsuz Təhsil
Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün digər alternativ yol isə tələbə mübadilə proqramlarında iştirak etməkdir. Mübadilə proqramları arasında ən çox tanınan Mevlana Mübadilə Proqramı Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. Mevlana Mübadilə Proqramı vasitəsilə hər hansı bir coğrafi bölgədən asılı olmayaraq, tələbələr və müəllimlər Türkiyə universitetlərində təhsil ala və ya akademik fəaliyyətlə məşğul ola bilərlər. Proqram çərçivəsində iştirak edən namizədlərin yalnız universitetdəki təhsil haqqı qarşılanır və tələbəyə 1 smestr ərzində 1200 tl təqaüd verilir. Yataqxana və ya ev xərclərini, aylıq yaşam və qida xərclərini tələbə özü qarşılamalıdır. Mevlana Təqaüd Proqramı çərçivəsində universitetlərin I, II və III kurs tələbələri iştirak edə bilər.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.