Türkiyədə Təhsil

Marmara Universitetinə qəbul

Marmara Universiteti İstanbulda yerləşən dövlət universitetidir. Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biridir. Universitetdə 16 fakültə, 11 institut, 3 kollec və 4 peşə kolleci fəaliyyət göstərir. Akademik bölmələrində təhsil beş dildə aparılır: türk, ingilis, fransız, alman və ərəb.

2020-ci il universitet məzunlarının məşğulluq indeksinə görə, Mərmərə Universiteti 7-ci sırada yer aldı. Siyahıda universitetin 76 akademik proqramı birinci, 60 akademik proqramı isə ilk üç yerdə qərarlaşıb. Bundan əlavə, Mərmərə Universiteti İqtisadiyyat və Dövlət İdarəçiliyi, İlahiyyat, Təhsil, Hüquq, Media və Mətbuat məzunları siyahıda birinci yerdə qərarlaşıb.

İstanbulun ən canlı bölgələrindən biri olan Kadıköydə yerləşən universitetə ​​ictimai nəqliyyat və şəxsi nəqliyyat, eləcə də universitet xidmətləri ilə asanlıqla çatmaq olar. İstanbul metrosunun M4 xəttində yerləşən Göztepe metro stansiyası və Marmaray Fənəryolu stansiyası universitetin əsas kampusuna girişi xeyli asanlaşdırır.

Universitetin qəbul şərtləri

Marmara Universitetinə qəbul üçün SAT və ya DİM imtahanlarından birini verməlisiniz. SAT imtahanı ilə müraciət etdikdə qəbul şansınız daha yüksəkdir. Çünki SAT imtahanları ildə 4 dəfə – oktyabr, dekabr, mart və may aylarında olur. Əgər SAT imtahan nəticəniz varsa, erkən müraciət edə bilərsiniz və qəbul şansınız daha yüksək olur. DİM imtahanının nəticələri isə iyul-avqust aylarında elan olunduğu üçün müraciət prosesi bir qədər ləngiyə bilər. Bu səbəbdən SAT imtahanı ilə müraciət etməyiniz tövsiyə olunur.

Marmara Universitetində Türkiyənin çox az universitetlərində olan ixtisaslar mövcuddur. Bunlardan ingilis dilində Tibb və Diş Həkimliyi, Maliyyə ixtisası demək olar ki, az universitetlərdə var. 

Marmara Universitetində ingilis dilində təhsil alacaqsınızsa, bir il əlavə hazırlıq oxumamaq üçün TOEFL imtahanı verməyiniz mütləqdir. TOEFL imtahan nəticəsi ilə birbaşa 1-ci kursa başlaya bilərsiniz. Əgər TOEFL imtahan nəticəniz yoxdursa, bu zaman universitetdə 1 il və ya 6 ay hazırlıq keçməyiniz vacibdir. Bu səbəbdən əgər ingilis dilində təhsil almaq istəyirsinizsə, əvvəlcədən TOEFL imtahanını verməyiniz tövsiyə olunur. 

Bildiyiniz kimi, Türkiyədə bəzi universitetlərin özünün kampusu vardır. Marmara Universiteti də bunlardan biridir. Marmara Universitetinin yataqxanaları daxil olmaqla, ayrıca kampusa malikdir. Əgər kampusun yataqxanasında qalmaq istəyirsinizsə, qəbul olduqdan sonra yataqxanalara müraciət tarixlərini qaçırmamalısınız. 

Marmara Universitetində təhsil haqqı ilə bağlı suallar bir çox tələbələri düşündürür. Bildiyiniz kimi, Türkiyə universitetlərində təhsil haqları hər il dəyişir, amma builki təhsil haqlarına baxsaq Tibb ixtisasları istisna olmaqla, digər ixtisaslar 5000-10000 TL arasında dəyişir. Tibb ixtisasları üzrə təhsil haqları 30.000 – 40.000 TL arasındadır. Təhsil haqları ingiliscə və türkcə ixtisaslara görə dəyişə bilər. Marmara Universitetinə qəbul olduğunuz təqdirdə təhsil haqqını ödəmək üçün mütləq şəkildə Türkiyədəki bankların hər hansı birindən ödəniş etməlisiniz.

TOEFL imtahanı olmadan Marmara Universitetinə qəbul mümkündür?

TOEFL və ya hər hansı dil sertifikatınız olmadığı təqdirdə universitetin daxili imtahanında iştirak etməlisiniz. Əks təqdirdə 1 il əlavə hazırlıq oxumalı olacaqsınız.

Marmara Universitetinə qəbul nə dərəcədə çətindir?

Marmara Universiteti Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri hesab olunur və İstanbulda yerləşdiyinə görə xarici tələbələr tərəfindən seçilən universitetlərdən biridir. Ona görə də göstəriciləri yüksək olan tələbələrin qəbul şansı daha çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button