Ukraynada Təhsil

Ukraynada Təqaüdlü Təhsil

Xaricdə təhsil almaq internet və inkişaf edən texnologiyalar sayəsində artıq asanlıqla həll olunan bir prosedur halına gəlmişdir. Çünki tələbələr ingilis dil bilikləri sayəsində artıq təhsil almağı planlaşdırdıqları universitetlərə asanlıqla online olaraq müraciət edə bilirlər. Həm ölkələr, həm də ali təhsil müəssisələri tərəfindən maliyyələşdirilən təqaüd proqramları, təhsil kreditləri və Erasmus kimi mübadilə proqramları vasitəsilə xaricdə təhsil arzularını gərçəkləşdirə bilirlər. Xaricdə təhsil almaq üçün ilk növbədə gənclər təhsil almaq istədikləri ölkəni seçməlidirlər. Bu yazımızda sizlərə həm azərbaycanlı, həm də beynəlxalq tələbələrin xaricdə təhsil almaq ən çox müraciət etdiyi ölkələrdən biri olan Ukraynada təhsil və təqaüd imkanları haqqında ətraflı məlumat verəcəyik.

Niyə Ukraynada Təhsil Almalı?

Ukrayna dövləti əsrlər boyu təhsilə dəyər verən bir dövlət olaraq təhsil sahəsində özünü doğrultmuşdur. 500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixdə ən qədim və köklü universitetlərə sahibdir. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri arasındadır. Ukrayna universitetlərinə nəzər salsaq, ali təhsil müəssisələrinin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunduğunun, geniş kampus imkanlarına sahib olduğunun və ən vacibi universitetlərdə digər Avropa öllkələrində də mövcud olan Bolonyo təhsil sisteminin burada da tətbiq olunduğunu müşahidə etmiş olacayıq. Bununla bərabər, Ukrayna dövlətində yerləşən ali təhsil müəssisələrinin hər biri Avropa Universitetləri Birliyinin üvzüdür. Ukrayna universitetləri savadlı və peşekar akademik heyətdən ibarət olaraq, dərs verən bütün müəllimlərin tərcümeyi-halına baxsaq, öz sahələrində uğurlu və olduqca məsuliyyətli olduqlarını müşahidə edəcəyik.

Ukraynada Necə Təqaüdlə Təhsil Almaq Olar?

Xaricdə təhsil əcnəbi tələbələr üçün nisbətən baha başa gəldiyindən dolayı, əminliklə deyə bilərik ki, xaricdə təhsil almaq istəyən hər bir tələbə təqaüd proqramları haqqında maraqlanmışdır. Bu zaman tələbələr xaricdə təhsil arzularını təqaüd proqramları vasitəsi ilə həyata keçirirlər. Ukrayna dövlətində isə təqaüdlə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün müəyyən təqaüd proqramları vardır. Həmin təqaüd proqramları isə bunlardır və hər bir təqaüd proqramı haqqında linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:

  1. School of Russian and Asian Studies Scholarships and Grants
  2. IREX Scholarships
  3. Ukrainian International Education Council Scholarships and Grants
  4. Education Future International Scholarship
  5. International Visegrad Fund

Təqaüdlərin miqdarı isə 5.000-30.000 dollar arasında dəyişə bilir. Qəbul şərtləri və tələblər haqqında məlumatları təqaüd proqramlarının rəsmi saytlarından ala bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button