Ukraynada Təhsil

Ukraynada Təhsil Qiymətləri

Şərqi Avropada Qara dənizin şimalında yerləşən Ukrayna dövləti 1991-ci ildə SSRİ-nin tərkibindən ayrılmışdır. 50 milyon əhalisi olan Ukrayna dövləti Polşa, Macarıstan, Slovakiya kimi ölkələrlə həmsərhəddir. Mədəniyyət və sənət şəhəri sayılan Ukrayna dövlətinin əhalisi olduqca qonaqpərvər xalq olmaqla yanaşı, əcnəbilərə xoş və səmimi münasibət göstərən mədəniyyətə sahibdirlər. Ukrayna əsrlər boyu təhsilə dəyər verən bir dövlət olaraq, təhsil sahəsində özünü doğrultmuşdur. Müasir Ukraynanın təhsil sistemi isə Sovet dövründəki təhsil sistemindən tamamilə fərqlənir. Bir çox dəyişiklik edilərək, məkətəbəqədər, orta məktəb və ali məktəb təhsil sistemi yaradılmışdır. 500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixdə ən qədim və köklü universitetlərə sahibdir. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri arasında öz yerini almışdır. Azərbaycanlı tələbələrində xaricdə təhsil almaq üçün üz tutduğu ölkələrdəndir.

Niyə Ukraynada Təhsil Almalı?

Tələbələrin Ukrayna dövlətində yerləşən universitetləri seçmələrinin səbəblərini ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik:

  • Ukrayna universitetləri dünya səviyyəli və müasir standartlarda yüksək keyfiyyətli təhsil sisteminə malik olmaqla yanaşı, universitetlərin hər biri ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunmuşdur.
  • Tələbələr dünyanın 47 ölkəsində etibarlı və keçərli olan Europass mavi diplomlarını əldə edə biləcəklər.
  • Bolonya təhsil sisteminə uyğun tədris sistemlərinin tətbiq olunması nəticəsində tələbələrin keyfiyyətli təhsil almaq imkanı vardır.
  • Yüksək keyfiyyətli təhsil verilməsinə baxmayaraq, Ukrayna universitetlərində münasib illik təhsil haqqı qiymətlərinin olması ilə hər bir tələbə büdcəsinə uyğun ali məktəblərdə təhsil alacaqdır.
  • Digər Avropa ölkələrinə nisbətən, Ukrayna dövlətində yaşam və təhsil xərclərinin az olması və vizanın asanlıqla alınmasına görə məhz burada təhsil almağa dəyər!

Ukrayna Universitetlərində Təhsil və Yaşam Xərcləri Nə Qədərdir?

Təhsil almaq istədiyiniz universitet və ixtisadan asılı olaraq, Ukraynda dövlətində illik təhsil haqqı qiymətləri universitetdən universitetə və ixtisasdan ixtisasa müxtəlif qiymətlərə malikdir. Heç bir yaş məhdudiyyəti olmadan tələbələr Ukrayna universitetlərində təhsil ala bilərlər. Yuxarıda da qeyd olunduğu kimi, Ukrayna dövlətində digər Avropa ölkələri ilə müqayisədə yaşam və təhsil xərcləri olduqca münasibdir. Yaşam xərcləri üçün tələbələrə əsasən xərclərindən asılı olaraq 150-300 dollar arasında maliyyə vəasiti lazım olacaqdır. Qalmaq istədiyiniz yataqxananın qiyməti isə onun şəraitindən və hansı şəhərdə yerləşdiyindən asılı olaraq, aylıq 30-40 dollar arasında dəyişir. Təqdim edəcəyimiz cədvəldə isə universitetlərin təhsil haqqı qiymətləri ilə tanış ola biləcəksiniz:

V.N.Kazarin adına Xarkov Milli Universiteti

FAKÜLTƏBakalavr\Magistr Əyani forma, $Bakalavr\Magistr Qiyabi forma, $
Tibb (rusca) 3500\2800
Psixologiya 2000 \2800 1600\2300
Kimya 2000 \2800 1600\2300
Xarici dillər 2000 \2800 1600\2300
Biologiya 2000 \2800 1600\2300
Filososiya 2000 \2800 1600\2300
Beynəlxalq hüquq (rusca\ingiliscə) 2000 \2800 1600\2300

Xarkov Milli Avtomobil və Yol Nəqliyyatı Universiteti

İXTİSAS Bakalavr\Magistr Əyani forma, $ Bakalavr\Magistr Qiyabi forma, $
Mühənsidlik mexanikası(sahə maşınqayırması)1-ci il 1900 növbəti il 16001-ci il 1100 növbəti il 1800
Avtomobil yollarının salınması(inşaat və mülki mühəndislik)1-ci il 2100 növbəti il 18001-ci il 1100 növbəti il 1800
Avtomobil mühəndisliyi(avtomobil nəqliyyatı)1-ci il 2000 növbəti il 18001-ci il 1100 növbəti il 1800
Körpülər və nəqliyyat tunelləri(inşaat və mülki mühəndislik)1-ci il 2100 növbəti il 18001-ci il 1100 növbəti il 1800

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universiteti

İXTİSAS Bakalavr\Magistr Əyani forma, $ Bakalavr\Magistr Qiyabi forma, $
Dəmiryolu nəqliyyatında daşımanın təşkili və idarə edilməsi
Nəqliyyatda logistika sistemləri
Nəqliyyatda avtomatika və avtomatlaşdırma
İxtisaslaşdırılmış komputer sistemləri
Nəqliyyat vasitələrinin elektrik sitemləri və kompleksləri
Dəmiryol qurğuları və yol təsərrüfatı
Nəqliyyat-qaldırıcı maşınları və avadanlıqları
birinci il 1850 növbəti il 1500\birinci il 1250 növbəti il 900 2310\1560

Xarkov Milli Tibb Universiteti (XMTU)

FAKÜLTƏ rus dilində, $ ingilis dilində, $
Tibbi 4500 4800
Stomatologiya 4980 5400

Milli Texniki Universitet “Xarkov Politexnik İnstitutu”

İXTİSAS Bakalavr\Magistr Əyani forma, $ Bakalavr\Magistr Qiyabi forma, $
Psixologiya 1650\2050 1000\1100
Bədən tərbiyəsi və idman
Tətbiqi mexanika
Maşınqayırma
Elektroenergetika və elektrotexnika
kimya texnologiyası və mühəndisliyi
Avtombil nəqliyyatı
Dəmiryolu nəqliyyatı
1550\1600 1000\1000
Komputer elmləri və mühəndisliyi 1650\2050 1000\1100
Neft və qaz hasilatı 2300\2500 1000\1000

S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti

İXTİSAS Bakalavr\Magistr Əyani forma, $ Bakalavr\Magistr Qiyabi forma, $
Beynəlxalq biznes 1800\1450 1800\1450
İqtisadi kibertəhlükəsizlik 1500\- 1500\-
Beynəlxalq iqtisadiyyat 1500\- 1500\-
Gömrük işi 1500\- 1500\-
Marketing 1500\- 1200\900
Binzes statistikası və analitika 1200\900 1200\900
Maliyyə və kredit 1200\900 1200\900
Media əlaqələr 1800\1350 1200\1300
İctimai inzibatçılıq 1200\900 1200\1300
Proqramla təmin etmə mühəndisliyi 1500\1600 1750\1850

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button