Ukraynada Təhsil

Ukraynada Polis Akademiyasında Təhsil

Ukrayna tarix boyu təhsil sahəsində özünü doğruldan bir dövlət olaraq Şərqi Avropada Qara dənizin şimalında yerləşir. 1991-ci ildə SSRİ-dən ayrılan Ukrayna dövləti təhsil sahəsində dəyişikliklər edərək, müasir Ukrayna təhsil sisteminin əsasını qoymuşdur. Sovet dövründəki təhsil sistemindən tamamilə fərqlənən müasir Ukraynanın məktəbəqədər təhsil, orta məktəb və ali məktəb sistemi yaradılmışdır. Bu təhsil sahəsindəki addımı ilə Ukrayna dövləti Avropa təhsil sisteminə bir qədər yaxınlaşdı. Təhsilin inkişaf etməsinin ən başlıca səbəblərindən biridə ölkədə özəl məktəblərin yaradılması oldu. Bu özəl məktəblərin yaradılması gələcəyin qabaqcıl təhsil sisteminin bünövrəsini qoymuşdur. Təxminən 50 milyon əhalisi olan Ukrayna dövləti Polşa, Macarıstan və Slovakiya ölkələri ilə həmsərhəddir. Mədəniyyət və sənət şəhəri olan Ukrayna əhalisi olduqca qonaqpərvər və əcnəbilərə qarşı xoş münasibət göstərən mədəniyyətə sahibdirlər.

Bəs Niyə Ukraynada Təhsil Almalı?

500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixin ən qədim və köklü universitetlərinə malikdir. Bu səbəbdən ukrayn universitetləri dünyanın ən qabaqcıl və nüfuzlu ali məktəbləri sırasında öz yerini almışdır. Ukrayna dövlətinin hər bir universitetinə nəzər salsaq, ali məktəblərin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunuduğunun, akademik heyətin savadlı və peşekar pedaqoqlardan ibarət olduğunun ,geniş kampus imkanlarına sahib olduğunu müşahidə edə bilərik. Ən vacib amil olan isə Ukrayna universitetlərində də Avropa ölkələrində olduğu kimi, Bolonyo təhsil sisteminin tətbiq olunmasıdır. Bununla yanaşı, Ukrayna universitetləri Avropa Birliyinin üzvü olmaqla tələbələrin əldə etdikləri diplomlar bütün Avropa və dünya ölkələri tərəfindən tanınıb və keçərli olmasıdır.

ukraynada tehsil qiymetleri

Xarkov Milli Daxili İşlər Universiteti (Polis Akademiyası)

22 Noyabr 1994-cü ildə qurulan Xarkov Milli Daxili İşlər Universiteti Ukraynanın ən aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur. Bakalavr, magistratura və doktorantura təhsil dərəcələri üzrə bir çox təhsil proqramı təklif edən universitet xüsusilədə hüquq, milli təhlükəsizlik, idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində mütəxəssislər hazırlamaqdadır. Xarkov Milli Daxili İşlər Universiteti bakalavr və magistr dərəcələrində tələbələrin əyani və qiyabi təhsil alması üçün imkan yaratmaqdadır. Həmçinin, universitetin bakalavr və magistr səviyyələrindən məzun olan tələbələr diplomların kvalifikasiyası nəticəsində ölkəmizdə polis, prokuratura, məhkəmə və ədliyyə sistemində zabit rütbəsində və məhkəmə prosesindən əvvəl tədqiqat müəssisələrində tədqiqatçı kimi və cinayət istintaqı bölmələrində çalışa bilərlər. Universitetə qəbul prosesində isə heç bir imtahan nəticəsi tələb olunmadan aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərsiniz:

  • Polis işçiləri hazırlamaq
  • Kibertəhlükəsizlik
  • Hüquq
  • Psixologiya
  • Bank işi və sığorta
  • Maliyyə

Bakalavr dərəcəsi üzrə əyani formada təhsil almaq istəyən tələbələr illik təhsil haqqı üçün 1350 USD, qiyabi formada illik təhsil haqqı qiyməti üçün isə 800 USD ödəməli olacaqlar.

Tələb olunan sənədlər bunlardır:

  • Attestat
  • Transkript sənədi
  • Xarici passport və ya şəxsiyyət vəsiqəsi
  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqa məqaləmiz
Close
Back to top button