Ukrayna Diplomlarının Azərbaycanda Tanınması
Xaricdə təhsil almaq istəyən tələbələrin sayı günü-gündən artmaqdadır. Son illərin statistikasına da nəzər salsaq, xaricdə təhsil almağa olan maraq və tələbat son dərəcə artmışdır. Buna ən başlıca səbəb olaraq, xarici ölkələrdə təhsilin yüksək səviyyədə olmasını misal göstərmək olar. Lakin bu maraq və tələbat özü ilə bərabər çox ciddi bir problemə yol açır. Əfsuslar olsun ki, bəzi xaricdə təhsil şirkətləri tələbələri bəzi universitetlərin diplomları ölkəmizdə 100% tanınır vədi ilə aldadırlar. Bunun nəticəsində də, tələbələr xaricdə təhsil aldıqdan və diplom əldə etdikdən sonra diplomlarının Azərbaycan ərazisində nostrifikasiya olunması (tanıtma) prosesində problemlə yəni, həmin diplomun ölkə ərazisində qüvvədə olmaması ilə qarşılaşırlar. Buna görədə, bu problemlə qarşılaşmamaq üçün xaricdə təhsil almağı düşünən tələbələr xaricdə təhsil şirkətlərinə müraciət edərkən diqqətli olmalı və təhsil alacaqları universitetləri və diplomlarının ölkə ərazisində tanınıb-tanınmamasına dair araşdırma etməlidirlər. Tələbələr ən çox Ukrayna universitetlərinin diplomlarının nostrifikasiya olunmamasından şikayətlənirlər.
Niyə Ukrayna Universitetlərinin Diplomları Tanınmır?
Əslində, Ukrayna universitetləri diplomlarının Azərbaycanda tanınmasına dair iki dövlət arasında 2000-ci ildə müqavilə imzalanmışdır. Həmin müqavilə hələdə qüvvədə olmaqla, tələbələrin Ukraynada təhsil almasına və diplomların tanınmasına fürsət yaradır. Lakin bəzi tələbələr Ukrayna dövlətində təhsil aldıqdan sonra diplomlarının tanınmaması halları ilə qarşılaşırlar. Buna səbəb olan bəzi hallar vardır ki, Ukrayna və yaxud digər xarici ölkələrdə təhsil alan tələbələr diplomlarının ölkə ərazisində tanınması üçün aşağıda qeyd olunanlara diqqət etməlidirlər:
- Əgər tələbə təhsil aldığı ali təhsil müəssisəsində tələb olunan müddətdən az iştirak etdikdə diplom nostrifikasiya olunmur yəni tanınmır. Buna görədə dərslərdə olan fəaliyyətinizə və ölkədə qalma müddətinizə diqqətlə yanaşmalısınız. Bu zaman Təhsil Nazirliyi tələbənin xarici passportundakı ölkədən giriş və çıxış möhürlərinə diqqətlə nəzarət edir.
- Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinə malik olmalısınız. Diplomunuzun tanınması üçün sizdən müsahibə götürülməsinin səbəbi isə məhz budur. Buna görədə müsahibədən uğurla keçmək üçün hansı dildə təhsil alırsınızsa dil bilikləriniz kifayət qədər olmalıdır.
- Universitet diplomlarınızın tanınmasında ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycan universitetlərində yalnız əyani formada tədris olunursa, bu halda sizin Ukrayna dövləti universitetlərindən əldə etdiyiniz diplom tanınmayacaqdır. Bu səbəbdən dolayı təhsil almaq istədiyiniz ixtisasın ilk növbədə Azərbaycan universitetlərində hansı formada tədris olunduğuna diqqət etməlisiniz.
Hansı Ukrayna Universitetlərinin Diplomu Tanınmır?
Xarici universitetlərin diplomları tanınması (nostrtifikasiya olunması) prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Diplomların tanınmasına görə TKTA-nın saytından qeydiyyatdan keçməklə, tələb olunan sənədləri təqdim etməlisiniz. Sənədlərin qəbulu üçün isə ərizəçilər 250 manat dəyərində xidmət haqqı ödəməlidirlər. Keçən rüb ərzində isə Ukrayna dövlətinin aşağıdakı universitet diplomları tanınmamışdır:
- Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti
- Poltava İqtisadiyyat və Ticarət Universiteti
- Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti
- H.P.Konaviç-Saqaqdaçnıy adına Kiyev Su Nəqliyyatı Universiteti
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.