Ukraynada Təhsil

Ukraynada Qiyabi Təhsil

Rusiya Federasiyasından sonra ərazicə ikinci ən böyük ölkə olan Ukrayna dövləti Şərqi Avropada Qara dənizin şimalında yerləşir. 1991-ci ildə SSR-nin tərkibindən ayrılmışdır. Təxminən 50 milyon əhalisi olan Ukrayna dövləti Polşa, Macarıstan, Slovakiya kimi ölkələrlə həmsərhəddir. Sənət və mədəniyyət şəhəri sayılan Ukrayna əhalisi olduqca qonaqpərvər və əcnəbilərə qarşı xoş və səmimi münasibət göstərən mədəniyyətə sahibdirlər. Ukrayna dövləti SSR-nin tərkibindən ayrıldıqdan sonra təhsil sahəsində əsaslı dəyişikliklər edərək, müasir təhsil sisteminin bünövrəsini qoymuşdur. Beləki, müasir Ukrayna dövlətində məktəbəqədər təhsil, orta məktəb və ali məktəb təhsil sistemi yaradılaraq Avropa təhsil sisteminə yaxınlaşdı. Təhsilin inkişaf etmə səbəblərindən biridə ölkədə özəl məktəblərin yaradılması olmuşdur. Belə məktəblərin yaradılması Ukrayna dövlətinin təhsil sisteminə öz töhfəni vermişdir.

Niyə Ukraynada Təhsil Almalı?

Ukrayna əsrlər boyu təhsilə dəyər verən bir dövlət olaraq təhsil sahəsində özünü doğrultmuşdur. 500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixdə ən qədim və köklü universitetlərə sahibdir. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri arasındadır. Ukrayna universitetlərinə nəzər salsaq, ali təhsil müəssisələrinin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunduğunun, geniş kampus imkanlarına sahib olduğunun və ən vacibi universitetlərdə digər Avropa öllkələrində də mövcud olan Bolonyo təhsil sisteminin burada da tətbiq olunduğunu müşahidə etmiş olacayıq. Bununla bərabər, Ukrayna dövlətində yerləşən ali təhsil müəssisələrinin hər biri Avropa Universitetləri Birliyinin üvzüdür. Ukrayna universitetləri savadlı və peşekar akademik heyətdən ibarət olaraq, dərs verən bütün müəllimlərin tərcümeyi-halına baxsaq, öz sahələrində uğurlu və olduqca məsuliyyətli olduqlarını müşahidə edəcəyik.

Ukrayna ali təhsil müəssisələrinə hər keçən gün daha çox maraq və tələbat yaranmaqla, dünyanın müxtəlif yerlərindən olan tələbələr ali təhsil üçün bu dövlətin universitetlərinə müraciət edir. Tələbələrin Ukrayna universitetlərini seçmələrinin səbəblərini ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik:

  • Dünya səviyyəli və müasir standartlarda yüksək keyfiyyətli təhsil sisteminə malik olduğuna görə;
  • Dünyanın 47 ölkəsində etibarlı və keçərli olan Europass mavi diplomların verilməsinə görə;
  • Bolonyo təhsil sisteminə uyğun tədris sistemlərinin tətbiq olunmasına görə;
  • Yüksək keyfiyyətli təhsil verilməsinə baxmayaraq, Ukrayna universitetlərində münasib illik təhsil haqqı qiymətlərinin olmasına görə;
  • Tələbə yaşayış xərclərinin az olması və vizanın asanlıqla alınmasına görə Ukrayna universitetlərində təhsil almağa dəyər!

Bütün bu detallar nəzərə alındıqda, Ukrayna universitetlərində təhsil almamaq üçün heç bir keçərli səbəbin olmadığını görə bilərik. Həmçinin Azərbaycan və Ukrayna dövlətləri arasında 2000-ci ildə universitet diplomlarının ölkəmizdə tanınmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə hələdə qüvvədə olmaqla, Ukraynada təhsil almağa öz töhfəsini vermiş və tələbələrin daha etibarlı və tanınan diplom əldə etməsinə imkan yaratmaqdadır.

Ukraynada Qiyabi Təhsil Haqqında

Qiyabi təhsil sistemini seçən tələbələr arasında Ukraynada davamlı olma imkanı olmayan və eyni zamanda öz ölkəsində işləmək istəyən namizədlər üstünlük təşkil etməkdədir. Ukraynada qiyabi və distant təhsil sisteminə maraq göstərən tələbələr arasında azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə və Özbəkistan tələbələri də üstünlük təşkil edir. Ukraynada distant təhsil bakalavr, magistratura və doktorantura dərəcələri üzrə proqramlar tətbiq oluna bilir. Qiyabi və distant təhsil proqramlarına qatılmaq istəyirsinizsə, iqtisadi baxımdan da qazanclı ola biləcəksiniz. Çünki davamiyyət öhdəliyinin olmaması və yaşayış və digər ehtiyacların yalnız imtahanlar dövründə ödənilməsi daha aşağı qiymətə təhsil almaq imkanı yaradır.

Tələbələr yalnız ildə 2 dəfə imtahan sessiyası dövründə Ukrayna dövlətinə gəlməli və 2-3 həftə ərzində imtahanları verməlidirlər. Tədris dili isə rus və ya ingilis dillərində təşkil olunur. Təhsil haqqı rəsmi təhsildən aşağı qiymətlərə malikdir. Qiyabi və distant təhsil almaq üçün tələbə vizasına ehtiyac olmadığından dolayı, orada yaşamaq icazəsi almağa da ehtiyac yoxdur.

Odessa Beynəlxalq Humanitar Universiteti

Distant və qiyabi təhsil ala biləcəyiniz Ukrayna dövlətinin ən yaxşı universitetləri sırasında yer alan Odessa Beynəlxalq Humanitar Universitetində fakültə və təhsil haqqı qiyməti ilə tanış ola bilərsiniz:

FAKÜLTƏTƏHSİL HAQQI MİQDARI (dollarla)
Beynəlxalq münasibətlər1-ci il 4000 $, sonrakı illər 2500 $
Beynəlxalq Hüquq1-ci il 4000 $, sonrakı illər 2500 $
Biznes1-ci il 4000 $, sonrakı illər 2500 $
Beynəlxalq iqtisadi münasibətlər1-ci il 4000 $, sonrakı illər 2500 $
Diş həkimliyi1-ci il 4000 $, sonrakı illər 2500 $
Kompyuter mühəndisliyi1-ci il 4000 $, sonrakı illər 2500 $
Dilçilik və Tərcümə1-ci il 4000 $, sonrakı illər 2500 $
İqtisadiyyat və İdarəetmə1-ci il 4000 $, sonrakı illər 2500 $
Əczaçılıq1-ci il 4000 $, sonrakı illər 2500 $

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button