Ukraynada Bakalavr və Magistr Təhsili
Şərqi Avropada Qara dənizin şimalında yerləşən Ukrayna dövləti 1991-ci ildə SSRİ-dən ayrılmışdır. Təxminən 50 milyon əhalisi olan Ukrayna Polşa, Macarıstan, Slovakiya və s. ölkələr ilə həmsərhəddir. Mədəniyyət və sənət şəhəri olan Ukrayna əhalisi isə olduqca qonaqpərvər və əcnəbilərə qarşı xoş münasibət göstərən mədəniyyətə sahibdirlər. Müasir Ukraynanın təhsil sistemi isə Sovet dövründəki təhsil sistemindən tamamilə fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda, müasir Ukrayna dövlətində bir çox dəyişiklik edilərək məktəbəqədər təhsil, orta məktəb və ali məktəb sistemi yaradılmışdır. Bununla da Ukrayna təhsil sistemi Avropa təhsilinə bir qədər yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biridə özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.
Niyə Ukraynada Təhsil Almalı?
Ukrayna əsrlər boyu təhsilə dəyər verən bir dövlət olaraq təhsil sahəsində özünü doğrultmuşdur. 500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixdə ən qədim və köklü universitetlərə sahibdir. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri arasındadır. Ukrayna universitetlərinə nəzər salsaq, ali təhsil müəssisələrinin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunduğunun, geniş kampus imkanlarına sahib olduğunun və ən vacibi universitetlərdə digər Avropa öllkələrində də mövcud olan Bolonyo təhsil sisteminin burada da tətbiq olunduğunu müşahidə etmiş olacayıq. Bununla bərabər, Ukrayna dövlətində yerləşən ali təhsil müəssisələrinin hər biri Avropa Universitetləri Birliyinin üvzüdür. Ukrayna universitetləri savadlı və peşekar akademik heyətdən ibarət olaraq, dərs verən bütün müəllimlərin tərcümeyi-halına baxsaq, öz sahələrində uğurlu və olduqca məsuliyyətli olduqlarını müşahidə edəcəyik.
Ukrayna ali təhsil müəssisələrinə hər keçən gün daha çox maraq və tələbat yaranmaqla, dünyanın müxtəlif yerlərindən olan tələbələr ali təhsil üçün bu dövlətin universitetlərinə müraciət edir. Tələbələrin Ukrayna universitetlərini seçmələrinin səbəblərini ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik:
- Dünya səviyyəli və müasir standartlarda yüksək keyfiyyətli təhsil sisteminə malik olduğuna görə;
- Dünyanın 47 ölkəsində etibarlı və keçərli olan Europass mavi diplomların verilməsinə görə;
- Bolonyo təhsil sisteminə uyğun tədris sistemlərinin tətbiq olunmasına görə;
- Yüksək keyfiyyətli təhsil verilməsinə baxmayaraq, Ukrayna universitetlərində münasib illik təhsil haqqı qiymətlərinin olmasına görə;
- Tələbə yaşayış xərclərinin az olması və vizanın asanlıqla alınmasına görə Ukrayna universitetlərində təhsil almağa dəyər!
Bütün bu detallar nəzərə alındıqda, Ukrayna universitetlərində təhsil almamaq üçün heç bir keçərli səbəbin olmadığını görə bilərik. Həmçinin Azərbaycan və Ukrayna dövlətləri arasında 2000-ci ildə universitet diplomlarının ölkəmizdə tanınmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə hələdə qüvvədə olmaqla, Ukraynada təhsil almağa öz töhfəsini vermiş və tələbələrin daha etibarlı və tanınan diplom əldə etməsinə imkan yaratmaqdadır.
Ukrayna Universitetlərində Təhsil Haqqında
Avropa standartlarında qabaqcıl ali təhsil verən Ukrayna universitetləri son illərdə xaricdə təhsil üçün müraciət edilən ən çox ölkələrdən biri olmuşdur. Ukraynada Təhsil Sistemi UNESCO və Avropa Birliyi meyarlarına uyğun olaraq yaradıldığı üçün tələbələr son dərəcə münasib qiymətlərlə Avropa standartlarında təhsil almaq imkanına malikdirlər. Həmçinin tələbələrdən heç bir beynəlxalq imtahan nəticəsi tələb olunmadan, sadəcə attestat və ya bakalavr diplomu ilə Ukrayna dövlətinin bir çox nüfuzlu universitetlərində təhsil almaq hüququ vardır. Ukrayna universitetlərində mövcud olan təhsil dərəcələri isə bunlardır:
- Hazırlıq proqramları- Ukrayna universitetlərində təhsil almaq üçün tələb olunan dil biliklərinə yiyələnmənizi nəzərdə tutur. Tələbələrin 1 illik dil hazırlıq müddətindən sonra təhsil alacağı bakalavr dərəcəsi ilə bağlı imtahan vermələri lazım olacaqdır. Bu imtahanda 100 baldan 60 bal və yuxarı toplamaqla Ukrayna universitetlərində etibarlı dil sertifikatı əldə etməklə birinci kursdan etibarən istədiyiniz ixtisasda təhsil ala biləcəksiniz.
- Bakalavr proqramları- Azərbaycan universitetlərində olduğu kimi, Ukraynada da bakalavr təhsili 4 il davam edir. Lakin texniki sahələrdə təhsil alan tələbələrin bakalavr müddəti 1.5 il, tibb sahəsində isə bakalavr təhsil müddəti 6 il davam edir.
- Magistr proqramları- əsasən 1.5-2 il arasında davam edən magistr təhsili 1 illik təhsildən sonra tələbələrin tezis dövrü adlandırılır.
- Doktorantura proqramları- magistr dərəcəsini bitirdikdən sonra namizədlərin doktorantura təhsili almaq imkanı yaranır. Doktorantura təhsilinin davam etmə müddəti isə təhsil aldığınız ixtisasa görə 3 ilə 5 il arasında dəyişir.
Ukraynada Təhsil Dili
Ukrayna universitetlərində tədris dilinin əsasən rus dilli olmasına baxmayaraq, tələbələrin tədris dilini seçmək imkanı vardır. Tələbələr istəsələr rus, ukrayn və ya ingilis dilində təhsil ala bilərlər. Tədris dilini seçmək üçün vacib olan tələbələrin təhsil büdcələrini nəzərə almalarıdır. Çünki ingili dilində olan təhsil proqramları digər dillərə nisbətən bir qədər bahadır. İngilis dilindən sonra rus dili nisbətən münasib olaraq, ən aşağı qiymətlərdə təhsil almağı düşünürsünüzsə ukrayn dilini seçməli olacaqsınız. Həmçinin tələbələrin tədris dili seçimində təhsil alacağı ixtisasları nəzərə alaraq qərar vermələri daha doğru olacaqdır. Məsələn, tibb tələbəsinin rus və ya ukrayn dilində təhsil alması daha daha məntiqli olar. Çünki xəstəxanalarda təcrübə keçəcək olan tələbələr yerli və ya rus dilində danışan xəstələr və ya həkimlərlə ünsiyyətdə olacaq və yazışmalarla qarşılaşacaqdır.
Ukrayna dövlətində bir çox universitetlər beynəlxalq tələbələr üçün ingilis dilində təhsil proqramları təklif edir. Bununla birlikdə xüsusilədə dövlət statuslu universitetlər rus və ukrayn dillərində təhsil verirlər. Ukraynada təhsil almağı istəyən tələbələr 1 illik dil hazırlıq proqramlarında iştirak etməlidirlər. Bu hazırlıq proqramlarında iştirak edərək ana dili rus və ya ukrayn olan akademiklərdən tələbələrin təhsil alacağı tədris dilini öyrənmək imkanları vardır. Həmin proqramları uğurla bitirən tələbələrin bakalavr təhsilinə başlamaq hüququ vardır. Lakin dil imtahanlarından keçə bilməyən tələbələr yenidən hazırlıq proqramlarına başlamalı olacaqdırlar.
Bakalavr Proqramlarına Qəbul
Ukrayna universitetlərinin bakalavr və magistr proqramlarına qəbul olmaq üçün lazım sənəd və akademik göstəricilər qəbul olmaq istədiyiniz universitet və ixtisaslara dəyişiklik göstərsədə, əsasən aşağıdakı sənədlər tələb olunmaqdadır:
- Attestat sənədinin ukrayn dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş sürəti
- Xarici passport və ya şəxsiyyət vəsiqəsinin sürəti
- 3×4 ölçüdə olan 10 ədəd fotoşəkil
- Doğum haqqında şəhadətnamə
- Sağlamlıq haqqında arayış
- Xüsusi xəstəliklər üçün tibbi arayış
Magistr Proqramlarına Qəbul
- Bakalavr diplomunun ukrayn dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş sürəti
- Xarici passport və ya şəxsiyyət vəsiqəsinin sürəti
- 3×4 ölçüdə olan 10 ədəd fotoşəkil
- Doğum haqqında şəhadətnamə
- Sağlamlıq haqqında arayış
- Xüsusi xəstəliklər üçün tibbi arayış
Təhsil almaq istədiyiniz universitetlərə qəbul olunmaq üçün hansı akademik göstəricilərin və sənədlərin tələb olunduğu haqqında ətraflı məlumat almaq üçün universitetlərin rəsmi saytından tapa bilərsiniz. Həmçinin tələb olunan bütün rəsmi sənədlər Akademik Təqvim planına uyğun olaraq elan olunan müraciət tarixlərindən əvvəl təqdim olunmalıdır. Son olaraq isə sizlərə Ukraynada təhsil yolunuzda uğurlar arzu edirik!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.