Rusiyada Təhsil

Rusiyada Bakalavr və Magistr Təhsili

Rusiya Federasiyası son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması ilə və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması ilə Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən olduğunu bildirmişlərdir.

Rusiya böyük bir ölkə olmaqla, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilədə Elm və Mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçılar, fizikləri, kimyaçıları, geoloqları və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşakar müəllim heyəti sayəsində, çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirib məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilir.

rusiyada tehsil qiymetleri

Rusiyada Bakalavr Təhsili

Rusiya ali təhsil müəssisələrində bakalavr təhsilinin davam etmə müddəti 4 ildir. Əgər rus universitetlərində bakalavr təhsili almaq istəyən tələbələrin rus dili bilikləri təhsil almaq üçün kifayət qədər deyilsə, ilk növbədə tələbələr universitetlərin təşkil etdiyi dil hazırlıq bölmələrində rusca təhsil almalı və dil biliklərini rus dilində təhsil ala və kommunikasiya əlaqələri qura biləcək səviyyədə inkişaf etdirməlidirlər. Rusiya universitetlərində dil hazırlıq proqramları əsasən sentyabr, oktyabr və ya noyabr aylarında başlayır və tələbələr orta hesabla 10 ay davam edəcək hazırlıq proqramında gün ərzində 4-5 saat dil dərslərində iştirak etməlidirlər. Hazırlıq proqramlarında təşkil olunan dərslərdə çox tələbə iştirak etmir. Dərslər sadəcə 5-10 nəfərlik kiçik qruplardan ibarət olur. Hazırlıq təhsilinin birinci semestrində tələbələr bakalavr dərəcəsində təhsil almaq istədikləri fənnləri universitetlərinə bildirməklə, hazırlıq təhsilinin ikinci semestrində seçdikləri ixtisas fənnləri dərs proqramlarına əlavə olunur. Hazırlıq təhsilinin sonunda tələbələr təşkil olunan ixtisas imtahanlarında iştirak etməli və ixtisas sertifikatları əldə etməlidirlər. Həmin sertifikatlar sayəsində tələbələr universitetlərində təhsil ala biləcəklər.

Rusiya universitetlərində təhsilin birinci semestri sentyabr-yanvar aylarını, ikinci semestri isə fevral-iyun aylarını əhatə edir. Bakalavr təhsilinin digər ixtisaslarında təhsil müddəti 4 il olduğu halda, bəzi xüsusi ixtisaslarda uzunmüddətli ola bilir. Məsələn, Tibb sahəsində təhsil müddəti 6 il, Əczaçılıq, Stomatologiya və Klinik Psixologiya ixtisaslarında isə təhsil müddəti 5 il davam edir. Hər təhsil semestrinin sonunda tələbələr təşkil olunan imtahanlarda iştirak etməli və minumum bal qiymətlərini toplamalıdırlar. Qiymətləndirmə sistemi 5 baldan yuxarı hesab olunur. Təşkil olunan imtahanları tələbələr müvəffəqiyyətlə vermək istəyirlərsə, minumum 3 bal toplamalıdırlar.

Rusiyada Magistratura Təhsili

Rusiyada hər hansı bir ixtisas sahəsi üçün magistr təhsili 6 il davam edir. Bakalavr dərəcəsi olan tələbələrin ölkəmizdə olduğu kimi, Rusiya universitetlərində də magistr təhsilinin davam etmə müddəti 2 ildir. Həmçinin, bakalavr dərəcəsi olan bütün tələbələr heç bir imtahan vermədən Rusiya universitetlərindəki magistr proqramlarına müraciət edə bilirlər. Lakin bakalavr təhsilində olduğu kimi, namizədlərin rus dili bilikləri zəifdirsə universitetlərin təşkil etdikləri 1 illik dil hazırlıq proqramlarında iştirak etməlidirlər. Əgər tələbə mədəniyyət və incəsənət sahələrində magistr təhsili almaq istəyirsə, bu zaman müəyyən qəbul imtahanı verməlidir. Təhsil müddətini uğurla başa vuran tələbələr kursun sonunda öz ixtisas sahələri ilə bağlı tezis hazırlamalıdırlar. Tələbənin hazırladığı tezis müvafiq komitə tərəfindən qiymətləndirilib və təsdiqlənməlidir. Təsdiqlənmə nəticəsində müvəffəqiyyətli olan tələbələr magistr dərəcəsini almaq hüququna malik olurlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqa məqaləmiz
Close
Back to top button