Xaricə Universitetə Getməzdən Əvvəl Diqqət Etməli Olduqlarınız – 2024
Universiteti getmək üçün evdən ayrılmadan əvvəl hər şeyi planlaşdırdığınız kimi etdiyinizdən əmin olun; xüsusilə də ilk dəfə beynəlxalq səyahətə çıxırsınızsa və yola düşməzdən bir neçə gün əvvəl özünüz üçün “görüləcək işlər” siyahısı yaratmaq sizə səfəriniz üçün lazım olan hər şeyi etməyə kömək edəcəkdir.
Bu siyahıya daxil edilməli olan maddələri sizlər üçün ümumiləşdirdik:
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Səyahət Planınızı Doğrulayın
Səyahət planınızı doğrulamaq qarşıdakı ən vacib addımdır. Yeni evinizə təyyarə ilə gedirsiniz yoxsa qatarla? Doğru gün üçün doğru biletiniz varmı və endirimli tələbə bileti almısınızsa, tələbə biletiniz yanınızdadırmı? Eynilə, bütün biletlərinizin və sənədlərinizin ardıcıl və düzgün olduğunu təsdiq etməlisiniz, yoxsa əks təqdirdə səyahətinizə icazə verilməyəcəkdir.
Gedəcəyiniz yerə çatan kimi yataqxanalara getməyin yolunu axtarmalısınız. Bununla yanaşı, bəzi universitetlər beynəlxalq tələbələr üçün qarşılanma gecəsi üçün hava limanından kampusa bir saatlıq və ya iki saatlıq gediş-gəlişi əvvəlcədən təşkil edirlər, əgər bu yola səhayət edəcəksinizsə sizi qarşılayacaq insanlarla nə vaxt və harada qarşılaşacağınızdan əmin olmalısınız.
Vacib Sənədlər
“Görüləcəklər” siyahınızda olması lazım olan digər bir maddə isə gömrükdən keçib universitetə daxil olmaq üçün lazım olan sənədlərdir və həmin sənədlərə universitetinizdən qəbul məktubu, viza sənədləri, IELTS balınızı təsdiq edən yazılı sənəd və təhsilinizi maliyyələşdirə biləcəyinizi sübut etmək üçün saxlamağınız lazım olan sənədlər daxildir. Təbii ki xaricə səyahət edərkən yanınızda olmalı olan ən vacib şey pasportunuzdur və bütün sənədləriniz hazır olsa belə etibarlı pasportunuz olmayan ölkəyə daxil ola bilməyəcəksiniz. Eynilə akademik transkriptiniz və yerləşdiyiniz yerin təsdiqi sizinlə olmalıdır.
Tibbi Sənədlər
Bunlara əlavə olaraq, tibbi məlumatlarınızı da qaçırmamalısınız; xüsusilə də xarici ölkəyə daxil olmamışdan əvvəl tibbi şikayətlərinizi və xəstəliklərinizi göstərən sənədləri unutmamalısınız və gömrükdən keçərkən dərman vasitələrinizi daşıyırsınızsa, bu dərmanların reseptləri də sizinlə getdiyiniz ölkənin dilinə tərcümə edilmiş olmalıdır. Daha sonra yerli həkimə getməli və bütün tibbi məlumatlarınızla qeydiyyatdan keçməlisiniz.
Sığorta
Əgər hələ də sığortanız yoxdursa, sığorta almağı düşünməyin vaxtıdır. Buna baxmayaraq, bəzi ölkələr üçün tibbi sığorta tələbi olmasa da, ABŞ kimi ölkələrdə sığortasız sağlamlıq xidmətlərindən faydalanmaq sizin üçün çox çətin olacaqdır. Əmlak sığortası almaq da faydalıdır, xüsusilə də yataqxana kimi mühitlərdə başqaları ilə yaşamaq niyyətindəsinizsə, yad adamlarla yaşadığınız zaman əşyalarınız itə, oğurlana və ya zədələnə bilər. Ona görə də vacib əşyalarınızı sığortalamaq sizin xeyrinizədir.
Bankanıza Baş Çəkin
Yola çıxmazdan əvvəl siz bankınıza baş çəkməli və onlara yaxın gələcəyiniz barədə məlumat verməlisiniz, çünki köçürmələrinizi xaricdə edəcəksiniz, əks halda onlar sizin pul axınınız şübhəli hesab edə və hesabınızı dondura bilərlər. Sizin üçün ən uyğun bankı seçmək üçün satış məsləhətçisi ilə də danışmalısınız beynəlxalq hesabdan istifadə etməlisiniz yoxsa gedəcəyiniz ölkədə yeni hesab açmalısınız?
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.