Xaricdə Təhsil Almaq Üçün Hansı Bacarıqlara Sahib Olmaq Lazımdır?
Son illərdə xaricdə təhsil proqramları artan tələblərlə bərabər gedərək daha da populyarlaşıb, lakin universitetlərə müraciət etməyi düşünən tələbələr üçün ən böyük maneə onların kifayət qədər bilik və bacarıqlara malik olub-olmamasıdır. Çünki bu gün beynəlxalq keyfiyyətli təhsil verən universitetlərin əksəriyyəti tələbələrini seçərkən xarici dil biliklərinə, orta bal və diplomlarına, ünsiyyət bacarıqlarına, problem həll etmə qabiliyyətinə və qlobal perspektivə baxır. Dünyada nüfuzu və reytinq dərəcəsi ilə məşhur olan Harvard, Yale, Oxford, Cambridge, Stanford kimi universitetlər tələbə namizədlərinə silsilə imtahanlar verməsi ilə məşhurdur. Gəlin xaricdə təhsil almaq üçün sizə lazım olan bacarıqlara nəzər salaq!
Xarici Dil Bilikləriniz
Xaricdə təhsil almağı düşünürsünüzsə, sahib olmalı olduğunuz ən vacib bacarıq ingilis dili biliklərinizdir. Çünki müasir texnologiya və internet dünyasında qlobal dil olaraq qəbul edilən ingilis dili həyatımızın bir parçasına çevrilib və artıq məzun olduqdan sonra karyera qurmağı düşünən tələbələr üçün ikinci dil axtarılır. Almaniya, İtaliya, Cənubi Koreya və ya Fransada təhsil almağı düşünürsünüzsə, bu gün əksər universitetlər ingilis dilində bakalavr və magistr proqramları təklif edir. İngilis dilini təkmilləşdirmək və daha səlis danışmaq istəyən tələbələrin əksəriyyətinin ilk seçimi İngiltərə və Amerika kimi ölkələr olsa da, xaricdə təhsil müəssisəsinə müraciət etməyi düşünürsünüzsə, xaricdə müxtəlif dil seçimləri olan ölkələrdə təhsil almağınızı tövsiyə edirik.
Əsas Biliyiniz
Əsas bilik səviyyəsi əslində istedaddan çox, bu gün hər bir tələbə və fərddə olması lazım olan bir fenomendir. Fakültə, universitet hətta yaşayacağınız ölkə və mədəniyyət haqqında biliklərə sahib olmaq xaricə getdiyiniz zaman sizə fərqli yanaşmağa imkan verəcək. Girdiyiniz bir mühitdə həm müəllimlərinizi, həm də sinif yoldaşlarınızı söhbət etdiyiniz insanlarla, part-time işinizdəki müştərilərinizlə, hətta universitetdə kurslarda olarkən əldə etdiyiniz biliklərlə heyran edərək özünüzü göstərmək fürsətiniz var. Bu gün Finlandiya, İsveç, Kanada və İngiltərə kimi ölkələr tələbələrin daha çox kurslarda aktiv olmasını gözlədiyi halda, bunun üçün seçdiyiniz proqram haqqında kifayət qədər məlumatın olması lazım olduğunu xatırlamaqda fayda var. Bu baxımdan universitetinizi və gedəcəyiniz ölkəni seçməzdən əvvəl çoxlu araşdırma aparaıb internetdə oxuyaraq fikir əldə etməyi tövsiyə edirik.
ÜMOG (Orta Bal) Qiymətiniz
Xaricdə təhsil almaq üçün ən vacib tələblərdən biri də orta bal qiymətinizdir. Xüsusilə riyaziyyat, mühəndislik, tibb, hüquq kimi bölmələrdə oxuyursunuzsa və beynəlxalq diplomunuz sizin üçün hər bir qapını açacağını gözləyirsinizsə, qiymətlərinizi mümkün qədər yüksək tutmaınız faydalıdır. Hər bir universitetin özünəməxsus qiymət ortalaması olsa da, bu limitdən yuxarı olmaq sizi digərlərindən bir addım qabaqlayacaq. Bundan əlavə, ABŞ və İngiltərə kimi ölkələrin ən tanınmış və hörmətli universitetlərində bəzən orta qiymətlər müraciət etdiyiniz sahə ilə bağlı təqdim edəcəyiniz layihələr, araşdırmalar və ya imtahanlarla əvəz edilə bilər. Bunda gərək özünü mümkün qədər təkmilləşdirəsən, istedadlarını reallaşdırasan, onlardan üstünə çıxasan, və bir çox məsələlərdə fikir sahibi olasan.
Ünsiyyət Bacarığınız
Xaricdə təhsil almaq istəyirsinizsə, güclü ünsiyyət bacarıqlarına sahib olmaq faydalıdır. Çünki yad ölkədə, şəhərdə, tanımadığın və dilini bilmədiyin insanlar arasında ətrafdakılarla mümkün qədər tez və rahat ünsiyyət qurmağa çalışmalısan ki, özünü yad kimi hiss etməyəsən. Unutmayın ki, dünyanın bir çox ölkəsindən sizin kimi fərqli dillərə, mədəniyyətlərə və inanclara malik yüzlərlə tələbə təhsil alırkən onlarla bir araya gələrək həm sosial şəbəkənizi gücləndirmək, həm də dil və və ünsiyyət bacarıqlarınızı artırmaq mühüm üstünlükdür. Xaricdə müracitə edəcəyiniz universitetin sizdən tələb edə biləcəyi ən zəruri keyfiyyətlərdən biri güclü ünsiyyətdir. Çünki xaricdə vərdiş etdiyimiz təhsil sistemləri ilə yanaşı, tələbələrin araşdırma aparmaq, sual vermək, fikirlərini sərbəst ifadə etmək kimi bacarıqlar qazanmasına və inkişaf etdirməsinə yönəlmiş ünsiyyət faktoru çox mühüm faktordur.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.